“Təfsir əl-Əyyaşi”də Əbu Hərbdən Əbüləsvədin bunları nəql etdiyi rəvayət olunur: Həccac bir nəfər vasitəsilə Yəhya ibn Məmərə belə bir xəbər göndərdi: “Eşitdiyimə görə, sən Həsən və Hüseyni Allahın Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) övladıları sayırsan və bunu Allahın kitabında tapdığını bildirirsən. Halbuki mən Quranı əvvəldən axıradək oxumuşam və belə bir məsələ ilə rastlaşmamışam.” Yəhya ibn Məmər cavabında bunları söylədi: “Ənam” surəsini oxumamısanmı? Orada “Və onun övladlarından Davudu, Süleymanı...” ayəsinə rast gəlməmisənmi?” Həccac dedi: “Bəli, oxumuşam.” Yəhya ibn Məmər dedi: “Məgər bu və bundan sonrakı ayədə Allah İsanı (əleyhissəlam) İbrahimin (əleyhissəlam) nəslindən saymamışdırmı? Halbuki o, İbrahimin oğlan övladlarından dünyaya gəlməyib” .
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев