Doğrudurmu?
Bəzi hədislərdə bu barədə məlumat var. Şiə məzhəbində “ricət” adlı bir məfhum mövcuddur. Ərəb dilində ricət “qayıdış” deməkdir. Bəzi hədislərə görə, dünyanın sonuna yaxın, qiyamətin qopmasından bir qədər əvvəl Allahın əmri ilə bəzi İslam müqəddəsləri və onların düşmənləri dirilib bu həyata qayıdacaqlar. Müqəddəslər vaxtilə öz düşmənlərindən çəkdikləri zülm və əziyyətlərin intiqamını onlardan alacaqlar. Məsələn, İmam Hüseyn (ə) öz qatillərini, o cümlədən, Yezidi məhv edəcək. Buna görə də ricət – qiyamətdən əvvəl ilahi ədalətin kiçik miqyasda təntənəsi kimi qəbul edilir. Ricət hadisəsinin İmam Mehdinin (ə) zühurundan sonra baş verəcəyini yazırlar. Bəzi Quran ayələri də ricətin doğruluğuna sübut kimi gətirilir (Nəml, 83; Kəhf, 47 və s).
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев