Şəhidin qanından geyibsən libas,
Düşməndən çox çəkdin ziyan,ey Vətən!
Bu qan yerdə qalmaz,alınsın qisas,
Yatmaq vaxtı deyil oyan,ey Vətən!
Mübariz Qəmli ответил другу Вугар Фаттаев
Çıxmaq üçün vətənin, xəcalətindən.
Hamımız bir olaq, and içək gərək.
Qardaş, qisas almaq üçün düşməndən.
Ilk öncə rəhbəri düz seçək gərək.
Vətəni bölüblər, niyə binmirik?
Bütün olanları, guya bilmirik?
Alçaqlar satıblar, ala bilmirik.
Niyə yaşayırıq? biz ölək gərək.
Başçılar kiriyir, bizdə susuruq.
Görməmək üçün, gözümüzü yumuruq.
Başımızın, çivininidə qorumuruq.
Haqqımızı tələb, eyləyək gərək.
Mübariz verməzlər, bil istəməklə.
Nəyi gözləyirik, bu kiriməklə?
Ağız şirin olmur, halva deməklə.
Almaq üçün torpağı, döyüşək gərək.
Mübariz Qəmli 21.01.2015
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев