Предыдущая публикация
Bu dünya əzəldən, belə qurulub.
Bir yandan boşalıb, bir yandan dolub.
Bir vaxt açan çiçək, vaxt gəlib solub.
Əbədilik, nəsə yoxdur dünyada.
Çox gördüm vədəsiz, gültək solanlar.
Bənövşətək, boynu bükük qalanlar.
Nəsə yaman azdır, xoşbəxt olanlar.
Dərd-qəm əhli, yaman çoxdur dünyada.
Ağılım kəsəndən, dərk eyləyəndən.
Mübariz Qəmliyəm, nələr gördüm mən.
Adam var nur yağır, sanki üzündən.
Adam var, zəhərli oxdu dünyada.
Mübariz Qəmli 27.12.2014
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев