Quş kimi çırpınır, cənnət mələyim.
Çarəsiz qalmışam, ya Rəbb neyləyim?
O əziyyət çəkir, dozmür ürəyim.
Anama şəfa ver, nə olar Allah.
Vaxtsız ayrı düşdüm, doğmalarımdan.
Nə qardaşdan doydum, nədə atadan.
Onların ətridə, gəlir anamdan.
Anama şəfa ver, nə olar Allah.
Qardaşım gedəndə, ata-anam vardı.
Atamıda aldın, tək anam qaldı.
Ya Rəbbim, bəs indi, bu nə xəyaldı?
Anama şəfa ver, nə olar Allah.
Nə bəlalar gördüm, bu gənc çağımda.
Bir məna qalmayıb, yaşamağımda.
O qoca bağbandır, ömür bağımda.
Anama şəfa ver, nə olar Allah.
Yoluma nur saçan işıq, mayaqdır.
Büdrəyib yıxılsam, arxa-dayaqdır.
Bu nə imtahandır, bu nə sınaqdır?
Anama şəfa ver, nə olar Allah.
Mübariz Qəmliyəm, varlığım yanır.
Üzünə baxanda, nəbzim dayanır.
O hər of deyəndə, canım odlanır.
Anama şəfa ver, nə olar Allah.
Mübariz Qəmli 14.12.2014
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев