Предыдущая публикация
Insan ucalmaqçün, əziyyət çəkər.
Şərəfsizlər olar, nəfsinə nökər.
Quyunun dibində, su yoxsa əgər.
Nə qədər su töksən, dolmayacaqdır.
Dalda lovğalanıb, deyinən insan.
Ürəyi qorxuyla, döyünən insan.
Kiminsə işinnən, öyünən insan.
Öz adına layiq, olmayacaqdır.
Əsas o dünyadır, bu dünya heçdir.
Sonraki peşimanlıq, inanın gecdir.
Yumurta, dəvəylə ödənəcəkdir.
Ödənilməmiş borc, qalmayacaqdır.
Mübariz Qəmliyəm, demərəm yalan.
Çəkinmək lazımdır, bilin Xudadan.
Kiminsə haqqına girən, ey insan.
Qisas, qiyamətdə alınacaqdır.
Mübariz Qəmli 06.12.2014
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев