Meydan Tülkülərin, Çaqqallarındı,
Pələnglər doluşub deşiyə qardaş.
İnsanlıq nə vaxtdır satılır pula,
Baş dönür çiyində yeşiyə, qardaş.
Xəmirlər mayasız yoğrulur indi,
Dəb düşüb erkəylər sağılır indi.
Körpələr atasız doğulur indi,
Laylay həsrət qalıb beşiyə, qardaş.
Yalan söz satılır, doğrudan baha,
Haqqa, ədalətə baxan yox daha.
Aclar quzu olub, toxlar Əjdaha,
Çəkilib gedəyin meşiyə, qardaş.
Fikirlər, məqsədlər bankomatdadır,
Hamı bir-birinə, ata-atdadır.
Çoxları tövlədə yata-yatdadır,
Qalıblar göyşüyə-göyşüyə, qardaş.
Şeirdən, sənətdən az-çox qananlar,
Mənim yazdığımı çox gözəl anlar.
Ehtiyac dərdindən, əfi ilanlar,
Hörmətlə baş əyir Pişiyə, qardaş
Ədalət, inləyir qəlbimin simi,
Bir kimsə tapılmır bilə, dərdimi.
Qorxuram, vaxt gələr möcüzə kimi,
Muzeydə baxarıq kişiyə, qardaş.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев