Предыдущая публикация
Bu nə sualdırki, verirsən mənə?
Qəlbimin ağrısın, bilmirsən gülüm?
Mənki istəyimi, demişəm sənə.
Neynim göz yaşımı, silmirsən gülüm.
Duymursan qəlbimin, ah-naləsini.
Sevmirsən, eşqinin, divanəsini.
Mən səni sevirəm, sən özgəsini.
Eşqini mənimlə, bölmürsən gülüm.
Mübariz Qəmliyəm, neynim sevirəm.
Incimə sözümdən, açıq deyirəm.
Hər gecə yuxuda, səni görürəm.
Ayılıram yanımda, olmursan gülüm.
Mübariz Qəmli 25.11.2014
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев