Mərhəmətli və Rəhimli Allahın adı ilə başlayıram. Hər bir müsəlman gündəlik xəbərləri izləməlidir. Təəssüf ki, son vaxtlar ürək açan xəbərlər eşitmədiyimiz üçün çox hallarda xəbərləri izləməkdə səhlənkarlıq edirik. Ancaq dostlarımız bizə müəyyən yeni xəbəri çatdıranda açıb xəbərin hansı mövzuda olmasına baxırıq. Mənə verilən xəbər də ürək açan deyildi. Buna baxmayaraq mən xəbəri oxuyub buna münasibət bildirməyi özümə borc bildim.
Təsəvvür edin ki, bu xəbəri öz saytımızda, yəni strategiya saytında gördükdə buna münasibət bildirməyi daha vacib hesab etdim. Xəbərdə deyilir ki, İraqda qərar verilib ki, qiblənin istiqaməti Məkkə əvəzinə Kərbalaya yönəldilsin. Müsəlmanlar üzü qibləyə durmaq əvəzinə üzü Kərbalaya durub dua etsinlər.Demək olar ki, bütün ölkə müharibə astanasındadır. Bu ərəfədə Baş nazir Nuri əl-Maliki namaz ilə bağlı yeni sərəncam imzalayıb. Qərara əsasən, gün ərzində beş dəfə namaz qılan müsəlmanlar Allaha ibadət edərkən üzlərini qibləmiz olan Məkkəyə deyil, Kərbəlaya doğru çevirəcəklər. Kərbəla elə şəhərlərdən biridir ki, harada ki, imam Hüseyn hakimiyyəti sünni liderlərə verməkdən imtina etmiş və döyüşlərdə şəhid olmuşdur. Həmçinin imam Hüseyn Məhəmməd peyğəmbərin nəvəsidir. Baş nazir Nuri əl-Maliki həmçinin vurğulayıb ki, “Kərbəla şəhərini daha da inkişaf etdirmək lazımdır. Məhz elə bu şəhər bütün dünya müsəlmanlarının ibadət yerinə çevrilməlidir”. Əslən şiə olan və bu qərara imza atan baş nazir bununla bütün dünyada olan şiələrlə sünnilər arasında böyük bir toqquşma yarada bilər. Artıq bu qərarla bağlı Nuri əl-Maliki ciddi tənqid olunmaqdadır.
Bu xəbəri oxuyanda ona görə sarsıldım ki, onsuzda bu gün sünnilərlə şiələr arasında heç də ürək açan münasibətlər sərgilənmir. Hansısa özünə şiə deyən bir şəxsin kimliyindən asılı olmayaraq, heç bir məzhəbdən asılı olmayaraq dediyi söz də Allahın kəlamı olan Qurani Kərimə, göndərdiyi bütün peyğəmbərlərin gətirdiklərinə, son peyğəmbərimizin son dəfə Qiyamətə qədər təyin etdiyi islam dininə tamamilə zidd olan bu sözdür. Burada onun iddiasının islama zidd olmasını sübut edəcək dəlilləri qeyd etməyi özümə borc bilirəm.
Əvvəlcə oxuculara qiblənin tərifini verim. Namaz qılınarkən və bir sıra digər ibadət ayinlərinin icra edildiyi vaxtlarda müsəlmanların üzlərini çevirdikləri Məkkə şəhərindəki Məscidülharamda yerləşən Kəbə tərəfə olan istiqamət qiblə adlanır. İslamın ilk vaxtlarında qiblə Əl-Əqsa məscidi olmuşdur. Allah tərəfindən Məhəmməd peyğəmbərə qiblənin dəyişməsi barədə ayə nazil olduqdan sonra qiblə Kəbə evi hesab olunur. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: “Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!..”
İslam dinində ibadətlə bağlı, ibadətin istiqamətinin dəyişməsi ilə bağlı hökmü ancaq Allah təala verə bilər. Allah təala tarix boyu peyğəmbərlər göndərməklə də ibadətin növləri və istiqamətləri barəsində hökmlər vermişdir. Son peyğəmbərlə də bütün ibadətlə bağlı ayinləri Qyamətə qədər tamamlamış və bu dindən razı olduğunu da Qurani Kərimdə bizə bildirmişdir. Artıq son peyğəmbərdən sonra heç kim ibadətin növləri və istiqaməti ilə bağlı hökmlər vermək səlahiyyətində deyildir. Hökmlər vermək ancaq müamilə ilə bağlı, yəni insanların bir-biri ilə olan münasibətləri ilə bağlı verilə bilər. Allah təalanın özünə ibadət olan məsələlərdə heç bir şəxsin hökm vermək səlahiyyəti yoxdur. Əgər belə olsaydı, onda hər kəs özünü Allah hesab edərdi və nəticədə yer üzərində fitnə-fəsad baş qaldırardı. Halbuki insanları yaradan uca Allah onların ibadətlə bağlı məsələlərində son peyğəmbərlə hər şeyi onlara xəbər vermişdir.
Müsəlmanların qibləsi əvvəl Qüds olmuşdur. Bu da Allahın hökmü idi. Daha sonra uca Allah qiblənin istiqamətini Məkkəyə tərəf çevirmişdir. Bunun necə baş verməsini qısa şəkildə açıqlayaq. Allah təala Qurani Kərimdə buyurur: “(Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: “(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Rəsulum! Onların cavabında) de: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər” (Bəqərə, 142). Belə bir ayənin nazil edilməsi, ilk vaxtlarda namaz zamanı müsəlmanlara Qüdsə tərəf üz tutmağın əmr edilməsi ilə əlaqədardır. Onlar Məkkədə olduqları zaman və Mədinəyə hicrət etdikdən il yarım sonraya qədər bu, belə davam etmişdir. Yəni müsəlmanlar Qüdsə tərəf namaz qılırdılar. Bu hökm özündə böyük hikmətə dəlalət edirdi və onun bir hissəsini Allah bizə açmışdır. Lakin sonralar, Özünün İlahi Hikmətinə müvafiq olaraq, Allah müsəlmanlara üzlərini Kəəbəyə tərəf çevirmək hökmünü verdi.
Uca Allah bildirir ki, axmaqların arasında hökmən elələri də olacaq ki, deyəcəklər: “Niyə müsəlmanlar əvvəllər üz tutduqları qiblədən üz döndərməyi qərara aldılar? Onların bir daha Qüds tərəfə üz çevirməməsinə səbəb nədir?”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев