məndən niyə gizlədiyini
hələ indiyə kimi başa
düşə bilmirəm. Yəqin ki,
heç vaxt başa
düşməyəcəm də.İlk dəfə əlindən tutmağım
indiki kimi yadımdadır.
Əlin sanki buz parçası idi.
Hərədə bir cür olur.
Kiminsə sevəndə
həyəcandan əli tərləyir, kiminsə sevgidən bədəni
buza dönür. Lap elə
sevib şeir yazmaqla,
sevib dili tutulub bir
kəlmə belə deyə
bilməmək kimi. Lap elə sevib dünyanı xilas
eləməyə şövqlənməklə,
sevib zamanın gözlərin
önündə necə qanadlanıb
uçduğunu görə-görə iflic
olmuş kimi donub hərəkətsiz qalmaq kimi.
Lap elə mənim indi bu
mətni yazmağımla,
sənin evdə oturub heç
nə eləmədən məni
gözləmən kimi.Bilirsən səni ən çox nə vaxt
sevmişdim?Birinci dəfə
biz bir yerdə dənizə
gedəndə…Yox, bəlkə də
daha çox biz səninlə
parkda gəzəndə sevmişdim…Bəlkə də bir
yerdə kompüter
arxasinda oturanda…
Bəlkə də birlikdə kinoya
baxanda…Bəlkə də
birlikdə musiqi dinləyəndə…Bəlkə də
sənə mahnı yazanda?!
Bilmirəm…Bilmirəm…
Artıq çaş-baş qalmışam.
Sənə olan sevgim hər
saniyə artır. Mən səni sevirəm
mənim TƏKLİYİM.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев