Предыдущая публикация
Yolu haqqın yoludur!
Yerdə, göydə hər nə var,
Yalnız Onun quludur!
O qudrətdə əzimdir,
Kəramətdə kərimdir!
Mərhəmətdə yox tayı,
“Ər-Rəhmanı- Rəhimdir!”
O əvvəldir, sonu yox!
Görən yoxdur Onu, yox!
Mehriban olduğundan,
Aşiqləri, dostu çox!
Ona bağla imanı!
Bərk tutma bu cahanı!
Səndən əvvəl gələnlər,
Ətrafına bax, hanı?!
Sən də bir gün köçərsən,
Qıl körpüdən keçərsən!
Əkdiyini burda yox,
Axirətdə biçərsən!
Eşit Haqqın sözünü!
Təmiz saxla özünü!
Qəbr evində su olmaz,
Torpaq yuyar gözünü!
Yusif, çalış dəmadəm,
Yaxşı əməl eylə cəm!
Unutma, o dünyada,
Cənnət var, həm Cəhənnəm!
Cənnət var, həm Cəhənnəm!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев