Ağaclar həsrətə bürünüb yenə.
Keçən ilki kimi qalıb buludlar,
Bəs nədən bu qədər yad gəlir mənə.
Keçən payızda da belə çən vardı,
Hərdən günəş kimi görünən vardı,
Payızdır...
Bu payız o payız deyil.Elə bu mahnıyla bəmin bulaqlar
Keçən il vüsaldan oxuyurdular.
Ay sözlü bulaqlar, sərin bulaqlar,
Nədən səsinizdə bir intizar var?!
Hicran nəğməsidir indi nə yazsam,
Təbiət, sən məni aldadammazsan
-Payızdır...
Bu payız o payız deyil.Durnalar beləcə uçub gedirdi,
Yelpik qanadını açıb gedirdi.
Onda da toy-düyün fəsliydi payız,
Onda da sədalı-səsliydi payız...
Elə bil azalıb durna qatarı,
Elə bil çoxalıb toy intizarı,
Payızdır...
Bu payız o payız deyil.Cığırlar kəməndə dönmüşdü onda,
Könüllü düşmüşdü kəməndə o qız.
Günəş ovcumuza enmişdi onda,
İkimizin idi ən parlaq ulduz.
O payız toy üçün söz verdi mənə,
Bu payız oxşamır toy eyləyənə,
Payızdır...
Bu payız o payız deyil.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев