“MTN işi” başlayan gündən 3 ildən artıq müddət keçir. Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə 11 il 2 aylıq rəhbərliyi dövründə qurumun vəzifəli şəxsləri tərəfindən törədilən cinayətlərin sayı-hesabı itib. Bu gün məhkəmələrdə sabiq MTN-çilərin işləri üzrə proseslər bir-birini əvəzləyir.
Bununla belə, Mahmudovun dövründə törədilən və araşdırılmayan cinayətlər hələ də qalmaqdadır. Belə cinayətlərdən biri də vətəndaş Ülviyyə Abdalovaya qarşı törədilib. Nümayəndəsi vasitəsi ilə redaksiyamıza müraciət ünvanlayan Ü.Abdalova “mahmudovçu”ların quldurluqla onun 7 milyon manatlıq qızıl-zinət əşyalarını ələ keçirdiklərini qeyd edir:
“Bildirirəm ki, 2006-cı ildə MTN tərəfindən həyata keçirilən qanunsuz əməliyyat nəticəsində iş adamı Ülviyyə İlyas qızı Abdalova və onun həyat yoldaşı Murad Rəhimova 7 milyon manatdan çox ziyan dəyib. Valideynlərini 1990-cı ilin 20 Yanvar olayında itirən, 2004-2008-ci illərdə Səbail rayon "20 Yanvar" cəmiyyətinin sədri olan Ü.Abdalova bu günə qədər fiziki və mənəvi terrora məruz qalmaqdadır. O, birmənalı olaraq ölüm qarşısındadır. Belə ki, Ü.Abdalova və həyat yoldaşı M.Rəhimovun qızıl-zinət əşyalarının biznesi ilə məşğul olması 2006-cı ildə MTN rəhbərliyinin diqqətini cəlb edir. Hər nə yolla olursa-olsun bu sərvəti ələ keçirməyə qərar verən sabiq MTN rəhbərliyi bunun üçün sadə və unikal bir üsula əl atır.
Milli.Az xəbər verir ki, aparıcı Zaur Kamal "Tacir müəllim, kimə oxşayır?
...Press-az.com xəbər verir ki,bu barədə “Qafqazinfo”ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.
...Press-az.com xəbər verir ki, bu haqda azxeber.
...Xezerxeber.az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, sammitdə atom energetikası sahəsində çalışan 100-dən çox özəl və dövlət şirkətinin nümayəndələri, alimlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
...Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев