Press-az.com
Sözügedən statusu oxucularımıza təqdim edirik
Son günlərdə olduqca çox insan yazır ki, sən niyə bu gənci müdafiə etmirsən, niyə susursan? Mən alnıaçıq, üzüağ bir iş adamıyam. Bu zamana qədər Allahdan başqasından qorxmadım, qorxaraq da bir addım atmadım. O hadisələrdən isə xəbərim belə yox idi. Siz deyəndən sonra izlədim və o gəncin hazırladıqlarında dövlətə ziyan verəcək heç nə görmədim. Tam əksinə, dövlətin malını oğurlayanları, haqsız qazanc ilə villa yüksəldənləri ifşa edib. Aqressivliyini gördüm ki, bu qüsurdur, ancaq suç deyil. Sonucda gəncdir, dəliqanlıdır. Sonucda Azərbaycan Prezidenti daim medianın azad olduğunu və onların dostu olduğunu bildirir. Ancaq bəzi məmurlar bunun tam əksini edirlər. Bu hadisənin böyüməsi cəmiyyətimizə, ölkəmizin imicinə böyük zərbədir. Bu məmurlar niyə öz eyiblərini düzəltmək yerinə güzgünü sındırırlar?! Yox etməyə çalışmaqdansa, bu gəncləri qazanmaq daha yaxşı olmazmı? Cənab prezident özü mətbuatı “köməkçilərim” adlandırıb, məmurların gizlətdiklərini onlardan öyrəndiyini söyləməmişmiydi? Qoy yazılsın, çəkilsin ki, Prezident də xəbərdar olsun etdiklərinizdən. Halbuki o villaların yerinə iş yerləri açıb, insanların rifah halının yüksəldilməsinə çalışılsaydı daha yaxşı olmazdımı? Danışanda hamısı prezidentə, dövlətə sədaqətdən dəm vuranlar, niyə ancaq özlərini düşünürlər?
Mən siyasətçi deyiləm, iş adamıyam. Bir iş adamı olaraq, minlərlə insanı kontrol etməyin nə qədər çətin olduğunu bilirəm, bir ölkəni idarə etmək isə bundan dəfələrlə çətindir. O baxımdan bu məsələlərdə prezidentin görən gözü, duyan qulağı olan mediaya belə münasibət əslində prezidentə qarşı atılmış addımdır. O gənci müdafiə edənlərin də səbrli olmasında fayda var. Çünki sonucda A məmurdan, B məmurdan şikayətçi olsaq da, zərbə dövlətimizin imicinə dəyir. Qorumalı olduğumuz da dövlətimizdir. Minlərlə şəhidin qanı ilə müstəqilliyini əldə etdiyimiz dövlət! Pis məmuruna görə, dövlətinə küsülməz, düşmənlik edilməz! İnanıram ki, haqq nazilsə də, üzülməyəcək, o gəncimiz də dövlətinə, millətinə bundan sonra da faydalı xidmətini aqressiyasız olaraq, davam etdirəcəkdir. Bir-birimizə qarşı sayğılı olaq. Ata-analarımızı söyməklə, təhqir etməklə, əsla irəliyə doğru addım ata bilmərik. Hamınıza saygılarımla.
Milli.Az xəbər verir ki, aparıcı Zaur Kamal "Tacir müəllim, kimə oxşayır?
...Press-az.com xəbər verir ki,bu barədə “Qafqazinfo”ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib.
...Press-az.com xəbər verir ki, bu haqda azxeber.
...Xezerxeber.az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, sammitdə atom energetikası sahəsində çalışan 100-dən çox özəl və dövlət şirkətinin nümayəndələri, alimlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
...Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев