Niyyət. Dəstəmaz alıram qürbətən iləllah. 2. Üzü alının tük bitən hissə-sindən çənəyə qədər yomaq. 3. Sağ qolu dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yomaq. 4. Sol qolu dirsəklərdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq. 5. Sağ əlin rütubəti ilə başın qabaq hissəsinə məsh çəkmək. 6. Sağ əlin rütubəti ilə sağ ayaxın barmaqlarının ucunda ayağın üstündəki qabarığ yerə qədər ehtiyatı-müstəhəbə görə ayağın bükülən yerinə aədər məsh çəkmək. 7. Sol əlin rütubəti ilə sol ayağın barmağlarının ucundan ayağın üstündəki qabarığ yerə qədər, ehtiyatı-müstəhəbə görə ayağın bükülən yerinə qədər məsh çəkmək. DƏSTƏMAZI POZAN ŞEYLƏR Yeddi şey dəstəmazı batil edir: 1. Sidik; zahirən insandan sidiyə çıxdıqdan sonra və istibra etməmişdən əvvəl xaric olan rütubət də sidik hökmündədir. 2. Nəcis; 3. Nəcis çıxacağından xaric olan mədə və bağırsaq yeli; 4.Yatmaq, belə ki, göz görməsin və qulaq eçitməsin; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz. 5. Ağlı aradan aparan şeylər: divanəlik, məstlik, huşsuzluq və s. 6. Qadınlarda istihazə; 7. Qüsülə səbəb olan hər bir şey dəstəmazı pozur. TƏRTİBİ QÜSL Məsələ 360: Tərtibi qüslda, vacib ehtiyata əsasən, qüsl niyyəti ilə əvvəlcə baş və boyun, sonra isə bədən yuyulmalıdır. Yaxşı olar ki, əvvəl bədənin sağ tərəfi, sonra isə sol tərəfləri yuyulsun. Tərtibi qüslün gerçəkləşməsində, suyun altında qüsl niyyəti ilə üç üzvə hərəkət vermək işkalsız deyildir və ehtiyat onunla kifayətlənməməkdir. Əgər qəsdən bədənini başın və boyunun bütünlükdə yuyulması qurtarmazdan qabaq yuyulsa, ehtiyata əsasən, qüsl batildir. Məsələ 361: Bədən başdan əvvəl yuyularsa, yenidən qüsl vermək lazım deyildir və əgər bədən ikinci dəfə yuyulsa, qüsl düzgündür. Misal: İnsan tam yuyulduqdan sonra Cənabət qüsülü verirəm ”qürbətdən illah”. (yəni, 1. Suyu başa .2.Sağ çiyinə .3.Sol çiyinə qüsl niyyəti ilə tök). Məsələ 362: Əgər hər iki hissəni, yəni baş və boyunla bədəni tamamilə yuduğuna yəqini olmazsa, buna əmin olması üçün hər bir hissəni yuyərkən əvvəlki hissədən də bir miqdarı onunla birlikdə yumalıdır. Məsələ 363: Əgər qüsldan sonra bədənin bir yerini yumadığını bilsə, amma hansı yer olduğunu bilməsə, başını yenidən yuması lazım deyil, yalnız bədəninin yuyulmadığına ehtimal verdiyi yerini yumalıdır. FATİHƏ SURƏSİ
Bismillahir- rəhmanir- rəhim. 1.Əlhəmdu lillahi rəbbil-aləmin.2. Ərrəhmanir rəhim. 3.Maliki yəvmid din. 4.İyyakə nə’budu və iyyakə nəstəin. 5.İhdinəs siratəl mustəqim.6. Siratəlləzinə ən’əntə ələyhim ğəyril məğzubi əleyhim vələz-zallim. Tərcümə:
Rəhma və Rəhim Allahın adı ilə. Həmd –səna yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur. [Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan] Rəhman və Rəhimdir. (Allah) cəza və mükafat gününün sahibidir.Yalnız sənə ibadət edirik və yalnız səndən yardım diləyirik.Bizi doğru yola ( hidayət et) nemət verdiyiyin kəslərin yoluna [h]idayət et], qəzəbə düçar olanların (haqqdan) azmışların yoluna yox!
İXLAS SURƏSİ: Bismillahir-rəhmanir-rəhim. Qul huvəllahu əhəd.Əllahus-səməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkun ləhu kufuvən əhəd.
Tərcümə: De ki, Allah birdir. Allah ehtiyacsızdır. Övladı yoxdur və heç kəsin övladı deyil. Və Onun tayı-bərabəri yoxdur.
TƏŞƏHHÜD Namazın ikinci və son rükətlərində iki səcdədən sonra təşəhhüd deyilməlidir.
Əlhəmdu lillahi, əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Tərcümə; Şəhadət verirəm ki,Allahdan başqa heç bir məbud və pərəstişə layiq məbud yoxdur, təkdir və şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd [s] Onun bəndəsi və elçisidir. Pərvərdigara, Muhəmmədə [s] və ali Muhəmmədə [onun Əhli-beytinə] rəhmət göndər. TƏSBİHATİ-ƏRBƏƏ Subhanəllahu vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu-əkbər. [Münəzzəhdir Allah. Həmd-səna yalnız Ona məxsusdur. Allahdan başqa tanrı yoxdur. O, vəsf edildiyindən daha böyükdür.]
SALAM Bütün namazların son rükətində təşəhhüddən sonra salam vermək vacibdir. Salam aşağıdakı üç cümlədən ibarətdir. 1.Əs səlamu ələykə əyyhuhən nəbiyyuh və rəhmətullahi və bərəkatu. [ey Peyğənbər, Allahın salamı, rahməti və bərəkəti sənə olsun.] 2.Əs səlamu ələyna və əla ibadullahis salihin. [Allahın salamı biz namaz qılan-lara və Allahın yaxşı bəndələrinə olsun.] 3. Əs səlamu əleykum və rəhmətullahi və bərəkatuh. [Allahın salamı, rəhməti və bərəkəti siz mömnünlərə olsun.]
QUNUT Bütün vacib və müstəhəb namazların ikinci rükətində rükudan qabaq qunut tutmaq müstəhəbdir. Vətr namazının bir rükət olmasına baxmayaraq, onun rükusundan qabaq qunut tutmaq müstəhəbdir. Cümə namazının hər rükətində isə bir qunut vardır. Birinci rükətdə rükudan əvvəl, ikinci rükətdə isə rükudan sonra tutulur. Ayət namazının beş, Fitr və Qurban bayramı namazlarının isə birinci rükətində beş, ikinci rükətində isə dörd qunut vardır. Qunutda əlləri üzün müqabilində qaldırmaq, əlin içini səmayə doğru tutmaq və əlləri bir-birinə birləşdirmək lazımdır. Qunutda hər zikir, [3 dəfə] Allahumməsəlli əla Muhəmmədin və ali Muhəmməd. Və yaxud bu du dua oxunsun.
SÜBH NAMAZININ QILINMA QAYDASI 1.Niyət: Sübh namazı qılıram “qürbətən iləllah” 2.Sonra təkbirətul-ehramı deyirsən: “Allahu əkbər” 3.Qiyam halında, yəni, ayaq üstə “Fatihə” surəsini, daha sonra “İxlas” surəsini oxuyursan. (şəkil) (Əgər Fatihə, İxlas, təşəhhüd və salamları yadda saxlaya bilmirsənsə onları bir varaqa yazıb namazı oyrənmək niyyəti ilə sübh namazı kimi gün ərzində dəfələrlə oxuyaraq namaz qılmaqa başla, öyrənmək niyyəti ilə gün ərzində 5-10-dəfə varaqdan oxuyaraq bildiyin kimi namaz qıl. 5, 10 gündən sonra varaqdan istifadə etməyə ehtiyac qalmaz. 4.Sonra rukuya 5. Rukudan qalxıb qiyam halını alırsan. 6. Səcdəyə gedirsən. 7. Səcdədən qalxıb əyləşirsən və yenidən ikinci səcdəni yerinə yetirirsən. 8. Sonra səcdədən qalxıb əyləşirsən. Burada birinci rükət tamamlanır. 9. Ayağa qalxır və qiyam halını alırsan. 10. Fatihə surəsini, daha sonra isə İxlas surəsini oxuyursan. 11. Sonra bədən tam aram olduqdan sonra, əlləri quşalayıb “qunut” tutursan. 12. Rukuya gedirsən. 13. Rukudan qalxıb qiyam halını alırsan. 14. Səcdəyə gedirsən. 15. əcdədən qalxıb əyləşir və yenidən ikinci səcdəni yerinə yetirirsən. 16. Sonra səcdədən qalxıb əyləşir, təşəhhüd və salamları deyib namazı sona çatdırırsan. (Burada subh namazı sona çatır.)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев