– "Təkbirətul-ehram" deyən zaman
əlləri yuxarı qaldırmağın mənası nədir?
İmam (ə) buyurdu:
– Mənası budur ki, Allah böyükdür,
yeganədir, heç bir oxşarı yoxdur, zahiri idrak və hiss orqanları ilə dərk
olunmaz.
Soruşdu:
– Rüku halında boynu (yuxarı)
dartmağın mənası nədir?
İmam (ə) buyurdu: – Mənası budur ki, Allaha iman
gətirdim, hətta boynumu vursalar belə.
Soruşdu:
– Birinci səcdənin mənası nədir?
İmam (ə) buyurdu:
– Mənası budur ki, "Pərvərdigara! Sən bizi torpaqdan yaratmısan"; başı
səcdədən qaldırmağın mənası budur
ki, "Pərvərdigara! Sən bizi torpaqdan
çıxartmısan"; ikinci səcdənin mənası
budur ki, "Pərvərdigara! Sən bizi
torpağa qaytaracaqsan"; başı ikinci səcdədən qaldırmağın mənası budur
ki,"Pər-vərdigara! Sən bir daha bizi
(Qiyamət günündə) torpaqdan
çıxardacaqsan."
O kişi soruşdu:
– Təşəhhüdü deyən zaman sağ ayağı sol ayağın üstünə qoymağın mənası
nədir?
İmam (ə) buyurdu:
– Mənası budur ki, "Pərvərdigara! Batili
öldür, haqqı bərqərar et və möhkəm
saxla..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев