İlahi Bu Nə Eşq Bu Nə Möhnətdir
Ənisim Gah Behcət Həmdəmim Gahi Müsibətdir
Gəhi Şadəm Gəhi Qəmgin Gahi Məsrur Gah Məhzun
Özümdə Qalmışam Heyran Ki Yarəb Bu Nə Halətdir
Qiyamət Xalq Üçün Bir Dəfə Məhşərdə Olur Bərpa
Bu Dünyada Mən Biçarəyə Hər Gün Qiyamətdir
Məkanım Künci Viranə Məqamım Güşeyi Vəhtət
Ənisi Munisim Dərdü Qəmü Cövür Əziyyətdir
Səni Tarı Səba Cananıma Bu Halı Ərz Əylə
Söylə Axır Yətişdim Canə Bəsti Bu Nə Zillətdir
Qərarü Taqətim Geti Tükəndi Səbrü Aramım
Məgər Rəhm Etməsən Zalım Nə İnsafü Mürüvvətdir
Nə Qədər Var İdi Tabım Dözərdim Dərdi Hicranə
Dəxi Tab Təvanım Qalmayıb Hingami Rihlətdir
Cəfa Çəkdim Rəhi Eşqində Keçdim Hər Nə Varımdan
Səni Bildim Vəfa Kanı Lakin Səhv Qəvlətdir
Cəfa Çəkdikcə Səndən Zərrəcə İnciməzəm Hərgiz
Şikayət Əyləsəm Hər Qədər Bəxtimdən Şikayətdir.
___"Məhəmməd Tağı.!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев