Vətəni canımdan çox sevirəm mən,
Əzrail mələklə çox görüşmüşəm.
Bir dəfə, halıma üzülmərəm mən,
Axı bu Vətənçün dara düşmüşəm.
Bizi tanıyanlar, yaxşı tanıyır,
Qəm adlı köynəyi, toxuyan bizik.
Azı tərif edir, çoxu qınayır,
Çün ölüm marşını, oxuyan bizik.
Ölümə çox zaman gəlmişəm sinə,
Dilimdə hər zaman, şüarım vətən.
Vətənim,torpağım gərəkdir mənə,
Qəhraman adını neyləyirəm mən.
Çox döyüş görmüşəm, çox gəzdim akop,
Neçə igid gördüm, necə can verir.
O vaxt, bədənimə buraxılan tok,
Hələ də, qəlbimə cərayan verir.
Halıma üzülür, tanışlar, ellər,
Arada, gözümə qaranlıq çökür.
Bir zaman canavar bəsləyən əllər,
Bir əsa tutmağa, çətinlik çəkir.
Səni xaraba qal, dağıl a dünya,
Qoymadın vətəndə, eldə qocalım.
Ya vətən qayıtsın, icazə ver ya,
Şəhidlik deyilən, ada ucalım.
Qayıda o asıb-kəsən günlərim,
Həsrəti hələ də məni dağlayır.
Bir vaxt düşmən başı kəsən əllərim,
Söykənib əsaya məni saxlayır.
Gözümdən bir damla, yaş da getməyib,
Elə boğuluram, elə dolmuşam.
Məni ANA VƏTƏN Arif etməyib,
Mən ANA VETENÇÜN Arif olmuşam.
Huseyn Atew
#новости
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев