Предыдущая публикация
Nə yaxşı ömrümə,günümə gəldin...
Gülüm,yadda saxla;-Şəkərin,qəndin
Tamı bir yanadı,sən bir yanasan!
Sən könül baxçamda bənzərsən gülə,
Dil-dil ötüb,mən oxşaram bülbülə.
Açılan hər günün şəfəqi ilə,
Danı bir yanadı,sən bir yanasan!
Səni çox sevirəm gülüm,unutma!
Eşqim bir bulaqdı,çalış qurutma.
Heç kimi özünə əbəs tay tutma,
Hamı bir yanadı,sən bir yanasan.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев