------------------------------------------------
Sudanda çevriliş cəhdinin qarşısı alındı. 43 kəşfiyyatçı həbs edildi
Sudanda təhlükəsizlik qüvvələri Kəşfiyyat Təşkilatının bağlanılan Əməliyyatlar Şöbəsinin paytaxtdakı mərkəzinə təşkil etdiyi əməliyyatda, 43 kəşfiyyatçını həbs ediblər.
Sputnik-ə istinadən xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, təhlükəsizlik qüvvələri silahlı müqavimət göstərən və günortadan etibarən təslim olmaqdan imtina edən kəşfiyyatçıların olduğu Kafuridəki qərargahı tanklar və ağır silahlarla mühasirəyə alınıb. Əməliyyatda qərargah ələ keçirilib.
Hadisə ilə əlaqəli 43 kəşfiyyatçı həbs ediliib. Sudan kəşfiyyatı, əməliyyatlar şöbəsinin üzvlərinin başlatdığı üsyanın danışıqlar nəticəsində sona çatdığını və müqavimət göstərən kəşfiyyatçıların silahları ilə təslim olduqlarını açıqlayıb.
Hərbi mənbələrdən biri kəşfiyyatçıların qurumunun bağlanması və bəzi üzvlərinin fərqli qurumlara yerləşdirilməsi və ya təqaüdə göndərilməsindən sonra vəziyyətə etiraz etdiklərini qeyd etmişdi.
Bəzi kəşfiyyatçılar işinə xitam verilməsindən sonra ödənilən pulun az olması səbəbiylə ordunun Xartumun müxtəlif nöqtələrindəki kəşfiyyat qərargahlarında və hava limanı ətrafında üsyan başladaraq çevrilişə cəhd etmiş, havaya atəş açaraq təhlükəsizlik qüvvələrinə təslim olmaqdan imtina etmişdilər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев