generallarından birinin çox gözəl bir
xanımı varmış. Mədəniyyəti,
gülərüzlülüyü, ev sahibəliyilə tayı-
bərabəri yoxmuş. Bir gün, bu şahanə
qadının ərindən boşanacağı xəbəri
şəhərə yayılır. Generalın dostları
özlərində cəsarət toplayıb, bunun
səbəbini generaldan soruşurlar:
+ Xanımın Romanın ən gözəl, ən
bəyənilən, qibtə olunacaq bir
qadınıdır. Necə olur ki, ondan
ayrılmaq qərarına gəlmisən? General
ayağını uzadaraq:
- Çəkmələrimi bəyənirsiz? Əvvəlcə bu
sualıma cavab verin.
+ Çox gözəl! -dostları cavab verirlər.
- Tayın (atın balası) dərisindən
hazırlanıb. Sicilyanın ən mahir
çəkməçisi öz əliylə, məxsusi mənim
üçün bunu hazırlayıb. Tayı-
bərabərini Romada tapa bilməzsiniz.
+ Anladıq-deyir dostları. Tayı-
bərabəri tapılmaz, deyirsən-haqlıs
an. Ancaq bunun bizim sualımızla
nə əlaqəsi var?
- Ayağımı sıxır, - general cavab verir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 10