Uyaraq şeytana yol başlama gün'ahə tərəf.
Azır insan bu böyük gün'ahı şeytan yaradıb.
Elə insan da ki var şeytana üsyan yaradıb.
Yaradarkən yaradan bil bizi yoxdan yaradıb
Necə ki,şəms'** şəfəq bəxşiş edir ma'hə*** tərəf.
Kimi Allah qulu şeytan ona bir etməz əsər.
Onu şeytan əməli qorxudamaz zərrə qədər.
Ona iyma'nı verər səcdəyə kim gəlsə əgər
Sübhüdən usanmadan xəlq eləyən Şa'hə tərəf.
Getsə həqq,batil bəşər əhlinə bil şa'h olmaz.
Və bu həqq ra'hı kimi pak və təmiz ra'h olmaz.
İmanın yoxsa gər ömr etməyə işta'h olmaz.
Tək ima'n iylə gələr könlünüz "iştahə"tərəf.
Var adam şeytana əymiş boyun əqlin unudur.
Guya əladu işi hər sərü-dərdin unudur.
Kiminin düz gedirsə işləri rəbbin unudur,
Sonradan müflis olur əl açır Allahə tərəf.
Ey gəda oğlu gəda',söylə de kimdir şa'hın?!
Səni xaliq yaradıb təkcə odur Alla'hın.!
Nə gözəl şeydi xuda görməyi dərga'hın
Bu səbəb ca'n atır Əkrəm gedə dərgahə tərəf
*rah--yol,sə mt.bu misrada haq yolu Allah yolu nəzərdə tutulur.
**Şəms gunəş ***mah isə ay deməkdir(misranin mənasi:)necəki ayda isiq yoxdur ama gunəsdən isiq alir eləcə də Allah bizi yoxdan yaradib biz özümüz yaranmamisiq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев