Ona necə yaxınlaşması lazım olduğundan əmin deyilmiş. Bu vəziyyəti danışmaq üçün ailə həkiminə zəng etmiş; həkim adamın arvadının nə qədər eşitdiyini anlaya bilməsi üçün sadə bir üsul təklif etmiş: - Edəcəyin şey bu, yoldaşından 40 addım irəlidə dayan, normal bir danışma tonuyla bir şeylər söylə; əgər eşitməzsə 30 addım irəlisində eyni şeyi təkrarla, sonra 20 addım; cavab alana qədər eyni şeyi təkrarla. O axşam arvadı mətbəxdə axşam yeməyini hazırlayarkən adam əməliyyatı tətbiq etmiş. 40 addım uzaqlıqdan arvadına normal bir danışma tonuyla səslənmiş: "Həyatım bu axşam yeməkdə nə var?" Cavab yox. Mətbəxə bir az yaxınlaşmış. Məsafəni 30 addıma endirmiş və sualı təkrarlamış: "Həyatım bu axşam yeməkdə nə var?" Yenə cavab yox. Mətbəxə bir az daha yaxınlaşmış, məsafə 20 addım və təkrar soruşmuş: "Həyatım bu axşam yeməkdə nə var?" Hələ də cavab yox. Adam mətbəxin qapısına gəlmiş. Artıq məsafə azalmış və sualı təkrarlamış: "Həyatım bu axşam yeməkdə nə var?" Yenə cavab ala bilməmiş. Bu səfər arvadına tamam yaxınlaşmış və eyni sualı təkrar soruşmuş: "Həyatım bu axşam yeməkdə nə var?" "Həyatım beşinci dəfə söyləyirəm, Toyuq" Hekayənin ana fikiri: Bəlkə də ümumiyyətlə düşündüyümüz kimi problem daim qarşımızdakı kəslərdə olmaya bilər
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев