Allaha şərik qail olmaqdan sonra ən böyük xəyanət budur ki, hər kəs Allah və Peyğəmbərə beyət əsasında bir kəslə beyət edə, sonra öz beyətini sındıra. Olmaya sizlərdən bir nəfər Yezidi kənara qoysun və heç kəs sizlərdən bu işə nəzarət etməsin və orada olmasın – əks təqdirdə mənimlə onun arası pozular.
Yezid Abdullah ibni Ömərin köməyi və xalqı onunla beyətə çağırmasından sonra qüvvət alıb Müslüm ibni Əqəbənin başçılığı altında – ki, fasiqlərin böyüklərindəndir – qoşun düzəldərək ona Peyğəmbərin Mədinəsinə tərəf hərəkət etmək əmri verdi. Orada hər iş istəsə, körmək icazəsini ona verdi. Müslüm ibni Əqəbə orada on min səhabəni öldürüb arvadlarını kənizliyə götürdü. Mallarını qarət etdi. Yeddi yüz nəfər Quran hafizini – Bilazərinin dediyinə görə – öldürdü. Qadınların namusuna təcavüz etdilər. Zinadan minlərlə uşaq dünyaya gəldi. Onlardan Yezidin qulamı olmaları haqqında beyət aldı!!
Abdullah ibni Ömər bütün bu işlərdə onunla şərik deyildimi? Bütün bu işlərdə onun arxasında durmamışdımı? Mən nəticə almağı təhqiqçilərin ixtiyarına qoyuram!
Abdullah ibni Ömər bununla da kifayətlənməmişdir. Lənətlənmiş, azad olmuş, xain Mərvan ibni Həkəm – o “vəzəğ”lə (kərtənkələ) – beyət etmişdi. Mərvan o kəsdir ki, Əli (ə)-la müharibə etmiş və elə cinayətlər törətmişdir ki, eşitdikdə xəcalət təri insanı basır.
İbni Ömər bundan da irəli getmişdir. Öz zəmanəsinin ən böyük kafiri olan Quranı ələ salıb onun haqqında “ərəblərin rəcəz oxuması” deyən, öz ağası Əbdül-məlik ibni Mərvanı Peyğəmbərdən üstün sayan Həccac ibni Yusiflə beyət etdi. Həccac həmin o kəsdir ki, onun cinayətlərini hamı bilir. Tarixçilər onun haqqında yazırlar: O İslamın bütün sütunlarını viran etmişdir.
Hafiz ibni Əsakir öz tarixində yazır: İki nəfər Həccac barəsində ixtilaf etdilər. Biri dedi: O kafirdir, digəri dedi: O, azmış mömindir. Bu məsələnin üstündə davaya qalxaraq məsələnin həlli üçün Şöbənin yanına getdilər. O dedi: O, bütpərəst idi. Böyük Allaha küfr edirdi.
#həqiqət
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев