Amma Abdullah ibni Ömər atasının təsiri altına düşmüşdür. Əbu Bəkr, Ömər, Osmanın xilafəti vaxtı yaşamış, Əli ibni Əbi Talibin kənara qoyulmasını müşahidə etmişdi. Onların arasındakı şurada olmamış, dövlətdə ona yer və məqam verməmişdilər. Ərəbin böyük şəxsiyyətləri Əli (ə)-ın əmisi oğlu (s) və zövcəsi – qadınların sərvərinin dünyadan getməsindən sonra ondan üz çevirmişdilər. Bundan əlavə, onun əlində xalqın tamahı düşəcəyi bir şeyi yox idi.
Sözsüz, Abdullah ibni Ömər atasına hamıdan yaxın olmuşdur. Onun nəzərlərini eşidir, dost və düşpmənlərini tanıyırdı. Həmin kin və düşmənçiliklə boya-başa çatmış, Əli (ə) və Əhli-beytə olan nifrəti ilə böyümüşdü. Birdən ayılıb gördü ki, Osman öldürüləndən sonra xalq Əli (ə)-la beyət etmişlər. Bu ona çox ağır gəlmiş və dözə bilməmişdi. Qəlbində gizlənmiş kin və düşmənçiliyini aşkar edərək təqvalılar başçısı, möminlər rəhbəri ilə beyət etməkdən boyun qaçırmışdı. Mədinədə dözə bilməyib ümrə adı ilə Məkkəyə getmişdi.
Abdullah ibni Ömər xalqın hərəkətini süstləşdirmək və onların iradəsini sındırmaq üçün əlindən gələni etdi. O istəyirdi ki, xalq haqqa kömək etməkdən çəkinib ona qarşı qiyam etsinlər. Onları Allahın əmrinə qayıtmağa vadar etməsinlər. Abdullah ibni Ömər o kəslərdəndir ki, ilk dəfə öz zəmanə imamını – ona itaət etmək vacib olduğu halda – tək qoydular.
Həzrət Əli (ə) şəhid olandan sonra Müaviyə imam Həsənə qalib gəlib qüdrəti əlinə aldı. Camaat üçün nitq söyləyib dedi:
“Mən sizinlə namaz qılıb oruz tutmanız üçün müharibə etmədim. Sizinlə müharibə etməkdə hədəfim sizə hakim olmaq idi. Allah bu istəyimi mənə verdi.”
Abdullah ibni Ömər bu zaman Müaviyə ilə beyət etməyə tələsir və iddia edir ki, camaat onun haqqında ixtilaf etdikdən sonra icma etmiş, eyni nəzərdədirlər.
Mənim etiqadım budur ki, o həmin kəsdir ki, bu ili “camaat ili” adlandırmışdır. O və Bəni Üməyyədən olan onun ardıcılları bu tərtiblə əhli-sünnət və camaat adlandılar. O gündən qiyamətə qədər bu adı özlərinə götürdülər.
Bir kəs vardırmı İbni Ömər və onunla həmfikir olan əhli-sünnət və camaatdan sual edib soruşsun: Tarix boyu Əmirəl-möminin Əli ibni Əbi Taliblə olduğu kimi, kiminlə icma halında beyət olmuşdur?
Əbu Bəkrin xilafəti tələsik və bir anda baş vermişdi. Allah onun şərrindən saxlasın. Çünki səhabələrin bir çoxu ondan uzaqlıq etmişdi. Ömərin də xilafəti məsləhətləşmədən baş vermişdi. Daha doğrusu, Əbu Bəkrin vəsiyyəti ilə baş vermişdi. Səhabələrin bu işdə nə nəzəri, nə də işi olmamışdı.
Osmanın xilafəti üç nəfərin rəyi əsasında baş verdi. Onların hər üçünü Ömər təyin etmişdi. Əbdürrəhmanın da öz başınalığı ilə sona yetdi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев