Böyük kəramət sahibi, Allahın qalib şiri Əli ibni Əbi Talibə verdi.
“Rayət” (ələm, bayraq) hədisi başqaları ilə müqayisədə Əli (ə)-ın kamalını və üstünlüyünü çatdırır. Onun Allah və Peyğəmbər yanında necə də böyük bir məqama malik olduğunu göstərir. Allah və Peyğəmbərin onu sevdiyi iftixarına naildir. Amma Abdullah ibni Ömər kin və nifrət üzündən onu sadə camaatla bir sayır!
Qeyd etdik ki, əhli-sünnət və camaat rəhbərləri Abdullah ibni Ömərin onlara öyrətdiyi bu hədisə əməl etmişlər. Onlar Əli ibni Əbi Talibi raşidin xəlifələrdən saymamışlar. Heç vaxt onun xilafətini qəbul etmək istəməmişlər. Təkcə Əhməd ibni Hənbəlin zəmanəsində – qeyd etdiyimiz – kimi onu qəbul etmişlər. Bu vaxt Əli (ə)-ın fəziləti haqqında yazılan hədislər və yazan mühəddislər çoxalmağa başladı. Əvvəldə olmuş dəstəni ittiham barmağı ilə hamıya göstərdilər. Bu vaxt Əhli-beytə düşmən olmalarını onlara yapışdırdılar. Bütün müsəlmanlar bildilər ki, Əli (ə)-la düşmənçilik nifaqın böyük əlamətlərindəndir.
Bu vaxt çarəsiz qalıb Əli (ə)-ın xilafətini qəbul etdilər. Onu raşidin xəlifələr karvanına qoşdular. Yalandan və yersiz Əhli-beytə məhəbbət iddiası etdilər.
Bir nəfər varmı ki, İbni Ömərdən sual edib soruşsun: Nə üçün müsəlmanlar, ya onlardan bir çoxu Peyğəmbər (s) dünyadan gedəndən sonra xilafət üçün daha layiqli adam üstündə ixtilaf edib, yalnız iki nəfərin üstündə, yəni Əbu Bəkr və Əlinin arasında şəkdə qaldılar? Bəs nə üçün atası Ömər və Osmanın haqqında söz belə açmadılar?
Bir kəs varmı İbni Ömərdən soruşsun: Əgər Peyğəmbər sənin sözünü təsdiq edib birinci Əbu Bəkri, sonra Öməri və daha sonra Osmanı qərar verirsə, nə üçün dünyadan getməzdən iki gün qabaq, hələ üzünə tük çıxmamış, səndən də kiçik olan bir cavanı İslam qoşununa başçı təyin edir və onları onun bayrağı altında döyüşə yollamaq istəyir? Yoxsa atan demişkən, “Peyğəmbər danışığını bilmirdi?!”
Bir kəs varmı İbni Ömərdən soruşsun: Nə üçün mühacir və ənsar Əbu Bəkrlə beyətdən sonra xanım Fatimeyi-Zəhraya: “Əgər sənin ərin və əmin oğlu Əbu Bəkrdən qabaq bizim yanımıza gəlsəydi, ondan başqa heç kəsi qəbul etməzdik” dedilər? O özü böyük səhabələrin Əli ilə heç kəsi bərabər bilməməklərinə bir etirafdır. Yalnız tələsik və hesab olunmamış bir beyət, bu nəzərin həyata keçməsinə mane oldu. Belə olduqda, Abdullah ibni Ömər kimi məğrur bir yeniyetmənin – ki, hətta arvadına necə təlaq verməyi bilmir – nəzərinin böyük səhabələrin nəzəri qarşısında qiyməti varmı?
Sonda, bir kəs vardırmı Abdullah ibni Ömərdən sual edib soruşsun: Nə üçün Ömər öldürüləndən sonra səhabələrin bir çoxu Əli ibni Əbi Talibi xilafət üçün seçib onu Osmandan üstün saydılar? Təkcə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев