2017/18 mövsümündə Topaz Premyer Liqasında yarışacaq komandaların sayı bəlli olub.Yarışda son mövsümdə olduğu kimi, 8 komanda mübarizə apacaq.Bu, AFFA-nın Lisenziya Komissiyasının mayın 12-də açıqladığı qərardan sonra bəlli olub. Qərarda bildirilib ki, yeni mövsümdə Premyer Liqada oynamaq üçün 8 kluba - "Qarabağ", "Qəbələ", “İnter”, “Zirə”, “Sumqayıt”, "Neftci" “Kəpəz” və “Səbail”ə lisenziya verilib. Yeni mövsümdən də məhz bu klubların çempionatda iştirakı gözlənilir.Fəaliyətini “Şüvalan” adı ilə davam etdirəcək AZAL, eləcə də birinci divizion təmsilçiləri “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya isə lisenziya verilməyib.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев