».....................T 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın qoşunları aclıqdan taqətdən düşmüş Şuşaya daxil olur. İbrahim xanın yaxın adamları və Vaqif tutulur. Şair yolda dustaq yoldaşı Sofi bəyə deyir:«Mən nə şahın üzünü görəcəyəm, nə də qətl ediləcəyəm. Səni bilmirəm.»O gün cümə axşamı imiş. Qacar qatı dindar olduğu üçün cümə axşamı qan tökməyi günah sayır və deyir:«Sabah elə bir siyasət eyləyim ki, tarixlərdə deyilsin. Kəllələrdən bir minarə qoyduracam, şair Molla Pənahın da başı lap yuxarılarda asılsın! Gedin dəmirçilərə deyin minarə üçün mıx qayırsınlar!»Sübh tezdən Ağa Məhəmməd şahın qətlə yetirilmə xəbəri şəhərə yayılır. Dəmirçilərə xəbər gəlir ki, mıx lazım deyil, şahın cənazəsi üçün bir neçə mismar lazımdır. Baş dəmirçi:«Ey mıxı mismara döndərən Allah!» deyə üzünü göyə çevirir.
http://azerbaycan.diledebiyat.net/eski-azerbaycan-edebiyati/izeddin-hasanoglu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев