Предыдущая публикация
Bir zümzümə hərgah ki, bulaqdan gələ, bitməz
.Hər şe’rinə min nəğmə yazılsa, yenə azdır,
Hər gün gələcək ardı, olar silsilə, bitməz.
Aşiq öz ahından yana səhradə, bilinməz,
Yaxud yayıla naləsi, aləm bilə, bitməz.
Üz verdisə qəm, dost ilə bölsən, azalar tez,
Ancaq ki, sevinc artar əgər dost bölə, bitməz.
Aşiq olanı tərk eləmir dərdi məzarda,
Eşqin azarı candadı, aşiq ölə, bitməz.
Haqsızlığa, nadanlığa nifrət gərək olsun!
Hər gün nə qədər mərdə qururlar tələ, bitməz.
Məmməd, verilib ölkədə məddahlara meydan,
Hər gün qıralar yüz nəfərin, on ilə bitməz.
http://azerbaycan.diledebiyat.net/eski-azerbaycan-edebiyati/izeddin-hasanoglu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев