Предыдущая публикация
BAĞIŞLA YA RƏBBİM..
Gunah dolu əlləri SƏNƏ acmışıq,
Yalan,gunah icində batıb qalmışıq.
SƏNİN rəhmətindən ilham almışıq
Bağışla YA RƏBBİM əhv et SƏN bizi
Sevindir rəhmətinlə bu qəlbimizi...
Şeytan hucum edir azdırır bizi
Sağından solundan bilinmir izi
SƏNƏ soyləyirik tək dərdimizi
Bağışla YA RƏBBİM əhv et SƏN bizi
Sevindir rəhmətinlə bu qəlbimizi...
Yalan dolu dunyada tək umid SƏNSƏN
Yarali qəlblərə məlhəm verənsən..
Butun bəndələrini şövqlə sevənsən
Bağışla YA RƏBBİM əhv et SƏN bizi
Sevindir rəhmətinlə bu qəlbimizi...
Əmrinə baş əydik geydik hicabı
SƏN OZUN nəsib et taxaq niqabı
Bizə əmanətdir Quran kitabı
Bağışla YA RƏBBİM əhv et SƏN bizi
Sevindir rəhmətinlə bu qəlbimizi...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев