Предыдущая публикация
Tufan qopar yolu bağlar
Dərd çoxalar qəlbi dağlar
Ürək sızlar , gözlər ağlar
Səninlə mən, küsüşəndə!
Qan ağlayar telli sazda
Qışa dönər tərli yazda
Dadsız olar işvə-nazda
Səninlə mən, küsüşəndə
Dodaq solar, yanaq yanar
Bədən dözməz özün danar
Söz deməyə, dil utanar
Səninlə mən, küsüşəndə!
Coşub daşar qəm piyaləm
Ərşə qalxar ahlı naləm
Dərdə düşər dünya ələm
Səninlə mən, küsüşəndə!
Ağ dən düşər qara telə
Qırış gələr incə belə
Vəli töhmət olar elə
Səninlə mən, küsüşəndə!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев