Getmek isteyirsen, behanesiz get,
Oyatma mürgülü xatireleri.
Sesin hemin sesdir, baxışın ögey,
Gedirsen, sesin de yad olsun barı...
Sen deniz qoynuna tullanmış çiçek,
Üstüne dalğalar atılacaqdır.
Saxta mehebbetin saxta senedtek
Ne vaxtsa üstünde tutulacaqdır.
Döşenib yollartek ayaqlarına
Sene yalvarımmı...bü mümkün deyil!
Qoymaram qelbimtek vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.
Demirem sen uca bir dağsan, eyil,
Demirem qalıbdır elacım sene.
Ne sende mehebbet qara pul deyil,
Ne men dilençiyem el açım sene...
Getmek isteyirsen...
O yol, o da sen...
Bir cüt göz baxacaq arxanca senin.
Getdinmi...
Ne vaxtsa dönmek istesen
Tikanlı yastığa dönecek yerin.
Getmek isteyirsen...
Ne danış, ne din!
Yox ol uzaqlartek dumanda, çende...
Neyimi sevmişdin?
Deye bilmedin,
Indise yüz eyib görürsen mende.
Getmek isteyirsen,
Behanesiz get,
Oyatma mürgülü xatireleri.
Sesin hemin sesdir,
Baxışın ögey,
Gedirsen,
sesin de yad olsun barı...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев