şəxsin hökmləri" Sual: Xəstə bir şəxs
sidiyinin, nəcisinin ya da mədə
havasının qarşısını ala bilmirsə,
dəstəmaz və namazlarını necə yerinə
yetirməlidir? Cavab: Sidiyi ya da
nəcisi dalbadal çıxan şəxs əgər
dəstəmaz və namazın bir hissəsini
qılmaq üçün fürsət tapa bilmirsə, bir
dəstəmazı onun bir neçə namazı üçün
kifayətdir. Bu şərtlə ki, sözügedən
şəxsin dəstəmazını başqa bir şey
pozmasın, məsələn, yatmasın, yaxud
təbii şəkildə ondan sidik və nəcis ifraz
olmasın. Əgər insandan dalbadal hava
çıxırsa, belə ki, namaz vaxtının
əvvəlindən sonuna qədər dəstəmaz
alıb namaz qıla biləcək miqdarda
imkan tapacağına yəqini varsa,
namazı mütləq imkan tapacağı
vaxtda qılmalıdır. Əgər fürsəti yalnız
namazın vacib əməllərinə yetəcək
qədər olsa, həmin fürsətdə namazın
yalnız vaciblərini yerinə yetirməli,
azan, iqamə və qunut kimi müstəhəbb
olan əməlləri tərk etməlidir. Yəqini
olmadığı təqdirdə, əgər vaxt daxilində
onun əksi məlum olsa, ehtiyat vacibə
əsasən namazı yenidən qılmalıdır.
Əgər dəstəmaz və namazın bir
hissəsinə yetəcək qədər fürsət
taparsa və namaz əsnasında bir ya da
bir neçə dəfə ondan mədə yeli
çıxarsa, ehtiyat-lazım budur ki, həmin
fürsətdə dəstəmaz alıb namazını
qılsın. Namaz əsnasında xaric olan
mədə yeli üçün dəstəmazını
təzələməsi lazım deyil. Əgər insandan
dalbadal mədə yeli çıxırsa, belə ki,
dəstəmaz və namazın bir hissəsi üçün
belə imkan tapa bilmirsə, bir
dəstəmaz alsa, bir neçə namaz üçün
kifayətdir, bu şərtlə ki, ayrı bir
səbəbdən dəstəmazı pozulmasın.
Amma hər namaz üçün bir dəstəmaz
alması daha yaxşıdır. Lakin
unudulmuş səcdə və təşəhhüdün
qəzası həmçinin ehtiyat namazı üçün
ayrılıqda dəstəmaz alması lazım
deyil. Sistani ağa
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев