etmişəm, Allah var imiş`
FaktXəbər-in verdiyi məlumata görə,
məşhur filosof alim Entoni Flyunun son
çıxışı elm aləmini şoka salıb.
Qeyd edək ki, elmi ateizmin əsas
dayaqlarından biri olan Flyu on illər
boyu Allaha inamın özünü
doğrultmadığı barədə kitablar nəşr edib
və mühazirələr oxuyub. Lakin son
illərdə baş verən bir sıra ixtiralar
ateizm müdafiəçisinin öz baxışlarını
dəyişməyə məcbur edib. Flyu
ictimaiyyət qarşısında çıxış edərək səhv
etdiyini bildirib: «Kainat öz-özünə
yarana bilməzdi. Belə görünür ki, o,
bizim təsəvvür etdiyimizdən daha
qüdrətli bir Kimsə tərəfindən yaradılıb».
O, əvvəllər başqa ateistlər kimi uzaq
keçmişdə ölü materiyadan sadəcə canlı
materiyanın doğulduğuna inandığını
deyib: "Lakin DNT molekullarının
quruluşları barədə müasir məlumatlar
onun öz-özünə yarana bilmədiyini,
Kiminsə tərəfindən yaradıldığına
şahidlik edir. Molekulun özündə
saxladığı genetik kod və
informasiyaların ensiklopedik həcmi
kor-koranə təsadüfü inkar edir."
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев