Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı
və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun
ailəsinə və səhabələrinə.
Bundan sonra:
“Bayram”la dolu mart ayı gəldi. Bildiymiz kimi Allahın
insanlar üçün təyin etdiyi yalnız iki bayram vardır:
Ramazan və Qurban bayramı. Bu iki bayramdan başqa
heç bir münasibəti bayram etmək olmaz. İslam dini
sevgi, məhəbbət, istək, mərhəmət, alicənablıq, hörmət,
mehribanlıq, birlik və xeyir dinidir. Kim ki, bu dini
layiqincə yaşayarsa onun üçün hər bir günü bayrama
çevrilmiş olar.
Əgər təqvimdə hər hansı bir günü ayırmaqla həmin günə
“bayram” adı verilmişsə, demək ki, bu gün hansısa bir
özəlliyi ilə fərqlənməkdədir. Mart ayında qeyd edilən ilk
“bayram” – 8 mart da bu qisim günlərdəndir. Məlumdur
ki, bu günü insanların gözündə fərqləndirən əsas cəhət,
məhz bu gündə qadınlara hörmət edilməsi, onlara
hədiyyələrin bağışlanmasıdır. Bu qadınlara isə ilk öncə
analarımız, nənələrimiz və ya müəllimələrimiz aid
edilir.Əgər ağıllı insan düşünsə ki, ildə bir dəfə qeyd
edilən bu gün, yalnız ildə bir dəfə dəyərli qadınlarımıza
hörmətə çağırır, bu günü “bayram” hesab etməz. Bizə
tarixi mənbəələrdə “8 mart bayramının” tarixi ilə bağlı
verilən məlumatlar belə söyləməyə əsas verir. Gəlin bu
tarixə nəzər salaq.
Hələ Qədim Romada matronlar qadınlar gününü qeyd
etmişdirlər. Həmin gün roma qadınlarına ərləri
hədiyyələr verir, diqqət və sevgi ilə əhatə edirdilər.
Həmçinin qulluqçu qadınlara da hədiyyələr və həmin
gün üçün istirahət verilərdi. Roma qadınları təzə
paltarlarını geyinib, vestı ilahəsinin məbədinə gedərdilər.
Az müddət keçdikdən sonra qadınlar həyatlarını
dəyişdilər, kişilərlə eyni hüquqlu olmaları uğrunda
mübarizə etmək qərarına gəldilər.
1857 –ci il mart ayının 8-də Nyu-Yorkda işçi qadınlar
az məvacib aldıqlarına və ağır iş rejiminə görə marşlarla
küçələrdə yürüş etdilər.
1908-ci ildə artıq onların nəvələri fabriklərdə uşaqların
əməyindən istifadəyə qadağa qoyulması və qaydaların
yaxşılaşdırılmasını, qadınlara səsvermə hüququnun
verilməsini tələb etdilər. Növbəti il Amerika sosialist
partiyası fevralın sonuncu istirahət gününü Milli qadınlar
günü elan etdi.
1910-cu ildə Kopenhagendə Beynəlxalq qadınlar
konfransında Klara Çetkin hər il mart ayının 8-də Nyu-
yorkda baş vermiş hadisələrin şərəfinə beynəlxalq
qadınlar günü qeyd edilməsini təklif etdi.
Rusiyada isə bu günü 1913-cü ildən qeyd etməyə
başlamışdırlar.
Məlumumuz oldu ki, “ 8 mart bayramı” cəmiyyətdə
qadınlara hörmət edilməsi ehtiyacından yaranmışdır.
Quran və Sünnəyə nəzər salmaq bizə kifayətdir ki,
dinimizin qadınlara daima hörmət edilməsini tələb
etdiyini görə bilək.
Belə ki, tarixə nəzər saldıqda islamaqədərki
sivilizasiyalarda qadınların vəziyyətinin çox аcınacaqlı
bir şəkil almış olduğunu görmək mümkündür.
Cəmiyyətimizdə “Avropa mədəniyyəti” adlanan, qərbdən
şərqə ixrac olunan bu mədəniyyətin ixracatçıları olan
qərb dövlətlərinin bu günə qədər qadınların bir çoxunun
əyləncə aləti оlması hamımıza məlumdur.
Lakin təmiz bir din olan İslam gəlişi ilə zərif məxluq
olan qadınların mənəvi və fiziki cəhətdən əzilməsinin
üstündən xətt çəkmiş, qadını öz layiq olduğu zirvəyə
qaldırmışdır.
İslamın qadınlara verdiyi üstünlüklərdən bəzilərinə nəzər
salaq:
İslamdan öncə, insanlar qız uşaqlarını özlərinə ayıb və
ar hesab edər, doğulmuş qız uşaqlarını diri-diri
basdırırdılar. Bu hissiyat bəzi yerlərdə, başqa üsullarla,
hələ də davam etməkdədir. İslam dini isə qız uşaqlarına
qarşı olan bu münasibəti qəti şəkildə rədd etmişdir.
Bunun əksinə olaraq isə valideynlərə savab
qazandırmaq baxımından qız uşağının oğlan uşağından
daha üstün olması ilə bağlı ayə və hədislər vardır.
Peyğəmbər( Allahın ona salavat və salamı olsun) :“Kim
iki qız uşağını böyüdüb başa çatdırarsa qiyamət günü
mənimlə belə olar” deyərək (şəhadət və orta) barmaq
larını birləşdirdi”. (Muslim, 2631)
İslam, qadını ibadət əhli və şəriət qanunlarının icraçısı
olaraq əməllərinin qarşılığında alacaqları mükafat
baxımından kişilərdən ayırmamış,kişilərə müraciət etdiyi
kimi onlara da müraciət etmişdir.
“Rəbbi də onların dualarını qəbul edərək cavab verdi:
“İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin
əməlini puça çıxartmaram. Siz (hamınız) bir-birinizdəns
iniz (dində kişi, qadın eynidir).” (Ali İmran, 195)
İslam qadına sahiblik hüququ, öz şəxsi mülkiyyətini
istədiyi kimi istifadə etməsinə icazə vermişdir. Bu
haqda Allah taala buyurur:“Kişilərin öz qazandıqlarından
öz payı, qadınların da öz qazandıqlarından öz payı
vardır…” (ən-Nisa: 32).
İslam qadının varislik hüququnu da qorumuşdur. Qız,
oğulun qızı, ana, nənə, bacı və azad edilmiş kölə qadın
üçün, şəriətin vərəsədə nəzərdə tutduğu miqdarda pay
vardır. Allah taala buyurur: “Ata, ana və qohumların
(vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və
qadınlara pay düşür. Həmin malın azından da, çoxundan
da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.” (ən-
Nisa: 7).
«… Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə
yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub
getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır.
Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın
səkkizdə bir hissəsi onlara çatır.…» (ən-Nisa 12)
İslam, evlənmək istəyən kişiyə nikah bağlayacağı qadına
mehr verməsini vacib etmişdir. Bu mehr, qadının maddi
hüququdur. Bu mal onun özünə məxsus olur. Heç kəsin
bunda payı ola bilməz. Mehrin sahibkarı da odur. Allah
taala buyurur:
“İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada
verin! Mehr müəyyən edildikdən sonra aranızda
razılaşdığınız şeydən ötrü sizə heç bir günah
yazılmaz….” (ən-Nisa,24)
“Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər
onlar qəlbdən, öz razılıqları ilə bundan sizə bir şey
bağışlamış olarlarsa, onu halal olaraq nuşcanlıqla yeyin”.
(ən-Nisa 4)
İslamdan əvvəlki dövrdə qadın ər seçməkdən məhrum
idi. İslam dini gəldikdən sonra qadına ər seçmək üçün
tam ixtiyar vermişdir. Əbu Hureyrə (Allah ondan razı
olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı
olsun) rəvayət edərək deyir:
“Dul qadınla onun (dili ilə dediyi) icazəsindən sonra
nikah edilir, bakirə qızla ondan icazə aldıqdan sonra
nikah bağlanır” Səhabələr dedilər: Ey Allahın Rəsulu,
ondan icazə necə alınır? (yəni, bakirə qız utandığından
danışmadığı üçün səhabələr bu sualı verirlər!)
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı
olsun) buyurdu: “Onun susması – icazəsi deməkdir”.
(Buxari, 191)
İslamda qadına münasibətdən danışılarkən diqqətinizi
daha vacib bir məqama çəkmək istərdim.
Bu gün cəmiyyətimizdə əri vəfat etmiş və ya hansısa
səbəbdən ərindən ayrılmış qadınların növbəti dəfə ərə
getmək istəyi ortaya çıxdıqda onun müxtəlif təzyiqlərə
məruz qaldığının şahidi oluruq.Qadınların hüquqlarını
müdafiə edən müqəddəs kitabımızda isə buyurulur:
“Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on
gün gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən
şəriətə müvafiq qayda üzrə özləri barədə etdikləri işə
görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xə
bərdardır.” (əl-Bəqərə 234)
Həmçinin İslama görə qızları qaçırdaraq onlarla
evlənmənin haram olması da qadınların hüquqlarının
müdafiəsindən xəbər verir.
Bütün bu sadaladığımız şəriət qanunları qadınların
hüquqlarının necə həssaslıqla qorunduğuna açıq – aydın
sübutdur.
Əgər diqqət etsəniz görərsiniz ki, “8 mart bayramının”
yaranmasına tarixdə əsas səbəb qadınların kişilərlə eyni
hüquqlu olmalarını tələb etmələri olmuşdur. Halbuki,
Allah-təala buyurur:
“… Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları
olduğu kimi onların da kişilər üzərində haqları vardır. Ki
şilərin onlar üzərində olan haqları isə bir dərəcə
üstündür…” (Bəqərə 228)
Sonra diqqət etsək görərik ki, bu “ bayram” kişilərin
qadınlara gözəl rəftarını və onlara hədiyyə verməsini
özündə cəm edir. İslam dini qadınlarla hər zaman gözəl
rəftarı, müsəlmanların daima bir-birlərini sevmələrini
tələb edir.
Bu barədə kifayət qədər ayələr vardır.
Uca Allah buyurur:
«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların
hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün
etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf
etməsinə görədir.» (ən-Nisa 34)
«Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər
onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət
doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu
xeyir nəzərdə tutmuş olsun.» (ən-Nisa 19)
İslam dinində mehribançılıq yaradan xüsusi
münasibətlərə qadağa yoxdur.Lakin qərbdən gəlmiş və
qərbə xas olan, yaranma tarixinə nəzər saldıqa dinimizlə
heç bir uyğunluğu olmayan xüsusi tarixlər, hadisələr və
bayramlar bizdə qeyd olunmamalıdır.
Çox xırdalıqlara varmadan açıq-aydın görmək olar ki, bu
bayram əslində xristian əqidəli insanların bayramı olub.
Bizlər isə utanmadan öz əqidəmizə yaraşmayan bir
günü qeyd edirik.
Halbuki, Əbi Səid Əl-Xudridən (Allah ondan razı olsun)
rəvayət olunur ki, Peyğəmbərimiz (Allahın salavat və
salamı olsun) belə buyurmuşdur: “Sizdən əvvəlkilərin
yolunu (etdiklərini) qarış-qarış, arşın-arşın davam
etdirəcəksiniz. Hətta kərtənkələ dəliyinə girsələr də
onların arxasınca gedəcəksiniz. Biz dedik: Ya Rəsulullah,
yəhidilər və xristianlarmı? O: Başqa kimlər?! – dedi.”
Bu xüsusda Uca Allah buyurur: “Peyğəmbər sizə nə
verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl
çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox
şüddətlidir”.(əl-Həşr 7)
“Hər kəs özünə doğru yol aşkar olduqdan sonra
Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin
yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola
yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis
yerdir”. (ən-Nisa , 115)
Əziz və dəyərli müsəlmanlar, sonunda bir şeyi
xatırlatmaq istərdim. İslam dinində olmayan, əsassız
olaraq qərbdən bizim mədəniyyətimizə və adətlərimizə
sonradan əlavə olunan bayramları heç bir şəkildə qeyd
etməməliyik. Bu istər yemək-içməklə, istər gül-çiçəklə
və yaxud da adi bir təbriklə olsun. Gəlin Uca Allahın
dediklərinə, dinimizin bizə buyurduqlarına və
Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun)
göstərişlərinə hörmətlə yanaşaq.
Hazırladı: Çinarə Köçəriyeva
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1