Salam Əziz dostlar bu gün Tarixi qəhraman Gədəbəyin və Azərbaycanin fəxri Əliyev Pünhanin Şəhid olduğu gündür. Gəlin unutmayaq. Yazini oxuyaq Kim olduğunu dəqiq bilək.
Melumat ucun Arzu Qurbanova tesekkurler.
.....Əliyev Pünhan Məhəmmədəli oğlu 20 iyul 1962-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olub. Orta məktəbi də doğma kənddə başa vurmuşdur. İki il Sovet ordusunda xidmət etmişdir. Ordudan gələndən sonra kolxozda işləmişdir. Son illər Şınıx zonasmda fəaliyyətə başlayan qaz istismarı idarəsində çalışırdı. Gədəbəydə ilk dəfə yaradılan tabura könüllü yazılanlardan öncülü Pünhan Məhəmmədəli oğlu Əliyev olmuşdur. Yəni 1 yanvar 1992-ci ildə Milli Or-du sırasinda xidmətə başlamışdır. Komandanlıq tərəfindən ona bölük başçısı vəzifəsi həvalə edilmişdir. O həm də baca-rıqlı kəşfiyyatçı kimi də fəaliyyət göstərirdi. Krasnoselsk-Şəmşəddin maqistral yolu daima onun nəzarəti altmda (baş-çılıq etdiyi dəstənin nəzarəti) olmuşdur. 1992-ci il avqustun əvvələrində ermənilər Krasnoselsk rayonu ərazisindən Mutudərə, Qasımağalı kəndlərinə hücum etdilər. İki kəndimiz quldurlar tərəfindən dağıdıldı. Həmin vaxt P. Əliyev quldur yuvası sayılan Başkəndin erməni yaraqlılarmdan təmizlənməsi üçün tədbirlər görməli olur. Nəhayət erməni quldurlarının Başkənddən qovulmasinda onun da xüsusi xidmətləri olmuşdur. Bir neçə dəfə kəşfiyyatçı kimi ermənilərin maşın karvanmın səfini pozmuş və böyük ziyan vurmuşdur. 1993-cü ilin yanvar, fevral aylarmda onun dəstəsinin “Ləzgi qa-yasma” hücumu, 1993-cü il aprel aymda “Keçəl dağ” əməliyyatı onun adı ilə bağlıdır. 1994 cü ilin iyununda mövqe döyüşlərində yaralı və həlak olmuş əsgərlərimizi döyüş mövqeyindən çıxarması, 1994-cü ilin fevralında Krasnoselsk-Şəmşəddin yolunda düşmənin hərbi maşınlarının məhv edilməsi, 1994-cü il avqust ayinda mühasirəyə düşən 15 nəfər kəşfiyyatçımız mühasirədən bacarıqla çıxardılması və həmin vaxt 2 erməni zabitinin murdar cəsədini gətirmiş, həm-çinin qənimət kimi bir neçə döyüş sürsatı və silahmı h/hissəyə təhvil vermişdir. P. Əliyevin xidmətləri onun tabeliyində olduğu komandir tərəfindən Milli Ordunun 3-cü ildönümü münasibətilə qiymətləndirilmiş və ona gizir rütbəsi verilmişdir. 1994-cü il dekabr ayinin 10-da növbəti əməliyyat zamanı P. Əliyev düşmən minasma düşərək həlak olmuşdur. Allah rehmet elesin. AMIN AMIN
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев