Sonra buyurdu:
Ey camaat! Bilin, Mən Fatiməyəm! Atam Muhamməd (s)-dır. Əvvəl və axır sözüm budur ki, mən dediklərimdə səhv etmirəm və yerinə yetirdiyim hər bir şey mübaliğə deyil. Bəs diqqətlə və agah qəlb ilə mənim sözlərimə qulaq asın.
Peyğəmbər risalətinin yolu
Bu zaman buyurdu:
Allahın elçisi sizin yanınıza gəldi. O, sizin aranızdan seçilmişdi. Sizin çətinliklərlə qarşılaşmağınız onun üçün ağır idi. O sizin hidayət olmağınız uğrunda çox çalışdı. Möminlərə çox rəhmət və hörmət göstərirdi.
Əgər onun əsl-nəsəbinə baxsanız və Onu tanısanız, görəcəksiniz ki, o, qadınların arasında yalnız mənim atamdır və kişilərin arasında yalnız mənim əmim oğlunun (Əli (ə)-ın) qardaşıdır. Nə yaxşı qohumluqdur bu!
O, öz İlahi risalətini yerinə yetirdi. Allahın əzabına səbəb olan şeyləri aşkar etdi. Müşriklərin qayda-qanun, adət və ən-ənələrindən üz döndərdi. Onları qəmə qərq etdi. Camaatı hikmət və nəsihət ilə Allah yoluna dəvət etdi.
Bütləri sındırıb yerlə yeksan etdi. Zülümkarların başlarını bədənlərindən ayıraraq onların ictimasını darmadağın etdi. Onlar səhnədən çıxdılar. Hidayət nuru şirkin zülmətini parçalayıb, haqqın üzərindən pərdəni götürdü. Dinin rəhbəri sözə başladı. Küfr atəşi söndü. Şeytanların dilləri lal oldu. Ancaq münafiqlər həlakətə çatdılar. Küfr və nifaqın düyünləri açıldı. Siz, pak adamlarla birlikdə ixlas kəlməsi ilə danışdınız. Siz atəş uçurumunun kənarında idiniz, Peyğəmbər (s) sizi xilas etdi. Siz qumar oynayan və bütə pərəstiş edən şəxslər idiniz.
Siz elə xar olmuşdunuz ki, hər su içənin qurtumu və hər tamahkarın ovu idiniz. Siz alışdırıcı bir şeyə oxşayırdınız ki, onu götürən, əlində çox saxlaya bilmirdi.Siz başqalarının qudrəti altında idiniz. İçdiyiniz su çirkin və yediyiniz yemək isə xam dəri idi. Həmişə qorxurdunuz ki,ətrafınızdakı adamlar qəflətən sizə hücum edərlər.
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев