Bir zaman, gələr zaman, zuhr eliyər İmam Zaman!
Nə zaman artar iman, zuhr eliyər İmam Zaman!
Edilən günahların, cəzası qoymur gələsən.
Ümmətin oruc,namaz qəzası qoymur gələsən.
Sanki üz tutub gedir, ucruma doğru camaat,
Belə hallardan olur, Sahibi-dövran narahat.
Biz gərək bəndə olaq, Allaha Yusif misali.
Hətta hər düşüncəmiz, olsun ibadət xəyali.
Ağanın zuhru üçün, biz gərək imkan yaradaq.
Cəngə hazır dayanaq, görməli meydan yaradaq.
Amma bir şərtidə var, meydanı mömin quracaq.
Olmasa ixlasımız, zərbəni düşmən vuracaq.
Hansı düşməndi, o düşmən ki, onun qüvvəti var?!
Nəyə qadirdi axı, bir bu qədər qüdrəti var?!
Bilirəm ki, biləcəksiz adını çəksəm əgər.
Nəfsi-əmmarədi o, zəifmi düşməndi məgər?
Odu hər bir günahın, əvvəli, ilkin-təməli.
Odu qadir heç edə, bir ana, bir çox əməli.
Fərz elə oxdu günah, sevdiyin insandı hədəf,
Qoyma getsin o oxu, Həzrəti Mövlaya tərəf!
Desələr kimdi?denən, Sahibi-dövran özüdür!
Sözü Allah sözdür, düşünmə, insan sözüdür.
Gəl Ağa, gəl Ağacan, yansın ədalət çırağı,
Adilində gözü görsün, bir İmamət çırağı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев