Yuxunuz şirin Olsun
Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?
Bir çoxlarımızın rahat və aram yuxusu yoxdur. Bu məsələ cismimizdən və ruhumuzdan qaynaqlana bilər. Lakin ən çox da ruhumuzdan asılıdır. Bəs yatmazdan əvvəl nə edək ki, yuxumuz şirin və sakit olsun?
Allahı yada salmaq bütün zaman və məkanlarda qəlblərə aramlıq və sakitlik verər. Əgər bacarsanız, yatmazdan əvvəl iki rükət namaz qılıb, “Mülk” surəsini oxuyun, “Aşura” ziyarətini zümzümə edin. Salavat, “Fərəc” duası da yatmazdan əvvəl yerinə yetirilən müstəhəb əməllərdəndir.
Yatan zaman edilən dualar:
1. Üç dəfə “Təsbihati-ərbəə”ni demək.
2. Üç dəfə “Tövhid” surəsini demək.
3. 14 Məsuma (ə) 14 salavat göndərmək.
4. Bütün mömin və ölənlər üçün bağışlanma istəmək.
5. Həzrət Zəhranın (s.ə) təsbihini etmək.
6. “Ayətül-kürsü”nü, “Nas” və “Fələq”, “Kafirun” surələrini oxumaq.
7. Bu duanı oxumaq ki, 1000 namaza bərabərdir:
بِقُدْرَتِهِ وَ یَحْكُمُ ما یُریدُ بِعِزَّتِهِ یَفْعَلُ اللهُ ما یشاءُ
( Bi Qudrətihi və yəhkumu ma yuridu bi izzətihi yəfəlullahu ma yəşau)
İmam Sadiq (ə) buyurur: “O kəs ki, yatan zaman 3 dəfə bu zikri deyərsə, anadan doğulduğu gün kimi olar və günahlarından paklanar.
“الحمد لله الذى علا فقهر، و الحمد لله الذى بطن فخبر، والحمد لله الذى ملك فقدر، و الحمد لله الذى یحیى الموتى و یمیت الاحیاء و هو على كل شى ء قدیر.”
(Əlhəmdulillahilləzi əla fəqəhərə, Vəlhəmdulillahilləzi bətənə fəxəbərə, vəlhəmdulillahilləzi məlikə fəqədərə, vəlhəmdulillahilləzi yuhyil-movta və yumitul əhya və huvə əla kulli şəyin qədir.)
Kabus yuxulardan ayılan zaman oxunan zikr.
O kəs ki, gördüyü pis yuxudan ayılar, desin:
“لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِیْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَیْءٍ قَدِیْرٌ. سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَاللهُ أَكْبَرُ. ولاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ”
(La ilahə illallah vəhdəhu la şərikə ləhu və ləhul həmdu vəhuvə əla kulli şəyin qədir. Sübhanəllahi vəlhəmdulillahi vəllahu əkbər. Və la hovlə vəla qüvvətə illa billah.)
Sonra bu duanı desin: اللّهم اغْفِر لی (Allahum-məğfirli)
Allah Təala cəmimizə lütf nəzərlərini salsın.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев