Yaddaşında düyün düşüb olub keçən...
Qocalıbdır dırnağacan,...kirpiyəcən....
Anam üçün naz-nemətin dadı qaçıb...
Anam elə qocalıb ki,
yaddaşından adı qaçıb...
Yumru daşla, təsbeh ilə o əylənir,
Söz düşəndə dağdan-daşdan
gileylənir....
Yazıq anam elə bilir
sular daha şırıldamır...
Elə bilir göylər daha əvvəlkitək guruldamır...
Elə bilir tilsimlənib yaylaq yolu,
Dağlar qaçıb uzaqlaşıb....
Elə bilir təbiətin ağlı....çaşıb...
Yayın günü oda verir əllərini...
Deyir: Axı od-ocağın o əvvəlki karı yoxdur,
Ayın, Günün, ulduzun da,
O mən görən nuru yoxdur...
Anam ki varr...KÖVREK ŞÜŞƏ....
Qorxuram kiii,
"Yox"deyərəm bu zəriflik yerə düşə....
Çilik-Çilik parçalana...
Sonra...sonra qalam yana-yana...
Tək anamın xətri üçün!!!
Üzr istəyib təbiətdən,
Üzdə gülüş...ürəkdə qəm...
Hər kəlməyə başım ilə "hə" deyirəm....
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев