Baş verənlərlə bağlı musavat.com-un müvafiq sualına səfirlikdən bu cür cavab verilib: "Biz mətbuatda Azadlıq Radiosunun ofisində hüquq mühafizə orqanlarının nümayəndələri tərəfindən axtarışlar aparılan zaman radionun Bakı bürosunun əməkdaşlarının ofisdə saxlanılmaları və sorğu-suala tutulmaları barədə yayılan məlumatlardan narahatıq.
Axtarış və sorğu-sualların aparılmasının səbəbləri aydın deyil. Biz azad mətbuatı dəstəkləmək üçün məsul rəsmiləri qanunlara uyğun olaraq və Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində şəffaf araşdırmaların aparılmasına çağırırıq. Ümidvariq kı, Azərbaycan rəsmiləri azad və müstəqil mətbuatın insanların rifahı üçün çox vacib olması fikrini bizimlə bölüşərək addımlar atacaqlar".
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев