Bəziləri “Küfəlilər özləri İmamı dəvət edib
özləri də onu qətlə yetirdilər” - deyərək
İmam Hüseyni (ə) elə şiələrin özləri
öldürdüyünü iddia edirlər. Bu iddialar
doğrudurmu?
Aşura hadisəsi barədə araşdırılması zəruri
olan, lakin az araşdırılan mövzulardan biri də
Kərbəlada İmam Hüseynlə (ə) üz-üzə
dayanan Küfə və Kərbəlada Əməvi
hakimlərinə kömək edən İraq qoşununun
siyasi və məzhəbi təfəkkürlərinin
araşdırılmasıdır. Bu mövzunun araşdırılması
şiələrə vurulan bu böyük tarixi töhmətin
məhz Əməvi siyasətinin nəticəsi olduğunu
aşkar şəkildə ortaya qoyacaq.
Tarixi mənbələrdə “Aşura” hadisəsi baş
verən gündən sonra Küfə şiələrinə qarşı
anti-təbliğatın başladığını və bu hadisədə
məhz onların təqsirləndirilməsini ortaya
qoyan kifayət qədər qeydlərə rast gəlmək
olar. Bu tarixi qeydlər İmamı (ə) Küfəyə
dəvət edən şiələri təqsirkar çıxarmağa
yönəlmişdir.
Əməvilərdən savayı şiələrə bu töhməti
vuranlardan biri də Abdullah İbn Zübeyr
olmuşdur. O, İmamı (ə) kufəyə dəvət
edənləri “Kufənin şərr
insanları” adlandıraraq İmamın (ə) və onun
səhabələrinin qətlə yetirilməsində
təqsirləndirmişdir.
Görəsən doğurdanmı İmamı Küfəyə şiələr
özləri dəvət edib, onu özləri də qətlə
yetirdi?
Tarixi mənbələri araşdırdıqda görürük ki,
Küfədə Müslüm ibn Əqilin hərəkatının
qarşısını alan və Kərbəlada Ömər İbn Sədin
qoşununu təşkil edən fərdlərin hamısı
Osmani təfəkkürünə malik şəxslər idi. Küfəli
olmağı şiə olmaqla eyniləşdirənlər zehnləri
qarışdıraraq öz mənfur iddialarını məhz belə
çaşdırıcı müqəddimələr üzərində qururlar.
Osmani təfəkkürü barədə xülasə də olmuş
olsa, danışaq:
Osmaniyyə siyasi bir termin olaraq Osmanın
ölümündən sonra baş verən siyasi hadisələr
zamanı meydana gəlmiş cərəyanın adıdır.
Onlar Həzrət Əlinin (ə) xilafət dövrünü “fitnə
dövrü” adlandırır, Osmanı İmam Əlidən (ə)
üstün hesab edir, Həzrət Əlinin (ə)
fəzilətlərindən danışmaz və onları
gizlədərdilər. Osmanın ölümündə də
bilavasitə Həzrət Əlini (ə) təqsirləndirirdilər.
Bu siyasi təfəkkürün formalaşmasında Bəni
Üməyyə və Əməvi təfəkkürünun xüsusi rolu
vardır. Osmani elə həmin Əbu Süfyan
övladları və Əməvi təfəkkürünün başqa bir
adıdır, desək yanılmarıq.
Kərbəla hadisələrini araşdırdıqda məlum
olur ki, İmam Hüseynlə (ə) müqabil qoşunda
olanlar şiə deyil, məhz Osmani təfəkkürünə
malik fərdlər idi. Ömər ibn Sədin qoşununun
əksər hissəsini məhz bu fərdlər təşkil edirdi.
Əməvilər tarix boyu bu həqiqətləri gizlədib
İmamın (ə) qətlində şiələri günahlandırsalar
da, tarixi faktlar hər şeyi aydın şəkildə ortaya
qoyur. İmam Hüseynlə (ə) qarşılaşan
ordunun şiə deyil. Osmani təfəkkürünə və
elə Əməvi siyasətinə xidmət edənlərdən
təşkil olnduğunu isbatlayacaq bəzi
məqamlara işarə edək:
1. Kərbəlada şiələrdən təşkil olunmuş
qoşununun varlığının qeyri-mümkünlüyü;
Siyasi cəhətdən Abdullah ibn Ziyad İmamla
(ə) qarşılaşmağa elə ordu göndərməli idi ki,
ona vəfadar və sadiq olsunlar. Bu orduları
elə təlimantlandırmalı və elə seçməli idi ki,
Küfədən xaric olduqdan sonra onun
düşmənləri ilə əlbir olub Küfəyə hücum
etməsinlər. Belə olan halda:
a) Tamamilə şiə təfəkkürünə malik Əməvi
əleyhdarı olan fərdlərdən belə bir qoşun
təşkil etmək mümkün idimi?! Tutaq ki,
müəyyən təhdidlər və başqa vasitələrlə
bunun mümkünlüyünü fərz etsək, bu
ordunun Küfədən çıxdıqdan sonra
İmamlarına qoşulub qiyama
qalxmayacağının qarantı nə idi?!
b) İbn Ziyad şiələr Küfədən çıxıb İmam
Hüseynə (ə) qoşulmasınlar deyə Küfə
şəhərinin bütün giriş-çıxışını nəzarətdə
saxlayıb şəhərin hər bir tərəfində silahlı
dəstələr yerləşdirmişdi. Sizcə belə olan
halda şiələrdən ibarət ordu təşkil edib
Kərbəlaya göndərmək nə dərəcədə doğru və
və starteji baxımdan düzgün atılan bir addım
ola bilər?! Yəni İbn Ziyad bunu
düşünməyəcək qədər axmaq idi?!
İbn Ziyadın ordusunda olan fərdlərin çox
hissəsi də İmam Hüseynlə (ə) vuruşmaq
niyyətində deyildilər. Belə ki, Kufədən çıxan
kimi yarı yolda qaçır və Kərbalaya
getmirdillər. Bəlazəri deyir: “İbn Ziyadın
Kərbəlaya ezam etdiyi hər min nəfərdən ora
yalnız iki yüzü gedib çatırdı. Qalanları isə
yarı yolda qaçırdılar. Çünki İmam Hüseynlə
(ə) vuruşmaq istəmirdilər.”
2. İmam Hüseynin (ə) onların Osmani-Əməvi
təfəkkürlü olmalarını təsdiqləməsi;
Əba Əbdillah (ə) bir neçə yerdə Ömər ibn
Sədin qoşununun Əməvi-Osmani təfəkkürlü
olduqlarına işarə etmişdir. İmamın bu
qoşunun siyasi və məzhəbi təfəkkürünü
aşkar şəkildə ortaya qoyan məhşur
kəlamlarından da biri İmamın (ə) son
anlarında qoşunun xeymələrə sarı hücum
etdiklərini gördükdə onlara belə
səslənməsidir:
ﻭﯾﺤﻜﻢ ﯾﺎ ﺷﯿﻌﺔ ﺁﻝ ﺃﺑﯽ ﺳﻔﯿﺎﻥ ﺇﻥ ﻟﻢ ﯾﻜﻦ ﻟﻜﻢ
ﺩﯾﻦ ﻭ ﻛﻨﺘﻢ ﻻ ﺗﺨﺎﻓﻮﻥ ﺍﻟﻤﻌﺎﺩ،ﻓﮑﻮﻧﻮﺍ ﻓﯽ ﺍﻟﺪﻧﯿﺎﮐﻢ
ﺍﺣﺮﺍﺭﺍ
“Vay olsun sizlərə ey Ali Əbu Süfyanın
ardıcılları! Dininiz, məad və haqq-hesab
günüdən qorxunuz yoxdursa, heç olmazsa,
dünyanızda azad olaraq yaşayın.”
3. Suyun qarşısını kəsmək Əməvi-Osmani
təfəkkürünün ən bariz nümunəsidir;
Osmanın ölümündən sonra meydana gələn
bu siyasi cərəyanın bariz nişanələrindən
biridir. Onlar Osmanın susuz öldürüldüyü
kimi, şiələri də susuz öldürürdülər. Bu iş
tarixdə Osmani təfəkkürlülərin siyasi
strategiyası və möhürü kimi tanınır. Bunun
bariz nümunəsi kimi Siffeyn döyüşündə
Həzrət Əlinin (ə) qoşununa su yolunun
bağlanmasını misal göstərmək olar. Bu iş
Həzrət Əlidən intiqam almaq məqsədi ilə
görüldü. Belə ki, Vəlid ibn Üqbə belə
deyir: “Bu Osmanı susuz öldürən Əli (ə) və
onun qoşunundan alınan intiqam idi.”
İmam Hüseyn (ə) və səhabələrinin də üzünə
su yolunun bağlanması əmri Yəzid və İbn
Ziyad tərəfindən dəflərlə təkrarlandı. Təkidlə
təkrar-təkrar verilən bu əmr Əməvi-Osmani
təfəkkürlülər üçün bu işin çox mühüm
məsələ olduğunun bariz nümunəsidir. Bu
barədə İbn Ziyadın Məhərrəmin yeddinci
gecəsi Ömər ibn Sədə yetişən məhşur
məktubu vardır. Məktubun məzmunu
belədir: “Hüseyn (ə) və səhabələri ilə su
arasında fasilə sal, su yolunu onların üzünə
bağla. O pak və təqva sahibi olan Osmanla
etdikləri kimi sən də onların bir damla belə
su içmələrinə imkan vermə.”
4. Ələvi və Əməvi-Osmani ordusunun üz-üzə
dayandığına bariz nümunə;
“Aşura” gecəsi Züheyr ibn Qeys ilə Əzrə ibn
Qeys Əhməsi arasında mühüm danışıq baş
verdi. Ömər İbn Sədin qoşununun önündə
olan Əzrə Həbib ibn Məzahirlə Züheyrin
danışığını eşidib Züheyrə deyir: “Ey Züheyr!
Təccüblüdür, biz səni Osmani kimi
tanıyırdıq, amma indi bu ailənin şiələrindən
olmusan?!”
Bundan əlavə Əzrənin Zühyerə “Necə oldu
Turabilərdən oldun?!” - deməsini misal çəkə
bilərik. Bu ibarə Əzrənin və dolayısı ilə Ömər
ibn Səd qoşunundakı fərdlərin Osmani
təfəkkürlü olması üçün aşkar dəlildir. Ona
görə ki, tarixi və kəlami mətnlərdə qeyd
edildiyi kimi təkcə Əməvi-Osmani
təfəkkürlülər şiələrə “Turabiyyə” deyə xitab
edirdilər.
Digər bir nümunə isə İmamın (ə) səhabəsi
Büreyr ibn Xüzeyr ilə Yəzid ibn Məqəlin
danışmasıdır. Ömər ibn Sədin qoşununda
olan Yəzid İbn Məqəl döyüşmək üçün
meydana çıxdı. Büreyrə xitab edərək
dedi: “Allahın işinə bax! Gör səni nə hala
saldı?!” “And olsun Allaha! O, (Allah) mənə
yaxşılıq edib, amma sənin sonun heç yaxşı
olmayacaq!” - deyə Büreyr cavab verdi.
Yəzid ibn Məqəl dedi: “Bundan əvvəl yalan
danışdığını görməsəm də indi yalan
deyirsən! Bəni-Ləvzanda bir yerdə olarkən
dediklərin yanındadırmı? Dedin ki, Osman
israfçılardandır, Müaviyyə ibn Əbu Süfyan da
həm yolunu azıb, həm də camaatı azdırır.
Haqq olan bələdçi və imam Əli ibn
Əbutalibdir!” Büreyr “şəhadət verirəm ki, bu
mənim əqidəmdir” - deyə cavab verdi. “Mən
də sənin azmışlardan olduğuna şəhadət
verirəm” - deyə Yezid ibn Məqəl bağırdı.
Büreyr cavab verdi: “İstəyirsənmi ki, səninlə
bu məsələ barədə mübahilə edim?! Allah da
yalan deyənə öz lənətini nazil etsin və batil
yolda olan da öldürülsün?” Elə bunu deyib
döyüşə başladılar və Büreyr bir qılınc
zərbəsi ilə onun başnı bədənindən ayırdı.
5. Ömər ibn Sədin qoşununa hakim kəsilmiş
danışıq tərzi;
Ömər ibn Sədin qoşunu İmam Hüseyni (ə) və
onun səhabələrini təhqir etəsi aşkar şəkildə
həmin qoşunda bir nəfər də olsun şiə
təfəkkürlü fərdin olmamasına dəlildir. Hətta
şiələrin İbn Ziyadın qorxusundan Ömər İbn
Sədin qoşunuda olmalarını fərz etsək də
belə, öz imamlarına bu tərz təhqir və
həqarət etməzdilər.
İmamın (ə) səhabəsi Ömər ibn Qərzə şəhid
olduqdan sonra Ömər ibn Sədin qoşununda
olan qardaşı Əli ibn Qərzə Ənsari İmam
Hüseynə (ə) üzünü tutub bağıraraq dedi: “Ey
Hüseyn! Ey yalançının oğlu yalançı!
Qardaşımı tovlayıb yoldan çıxararaq onun
ölümə verdin!”
Bu tarixi faktları nəzərə alaraq hamımıza
aşkar olacaq ki, İmam Hüseyn (ə) və
səhabələrini şiələr deyil, məhz Əməvi-Osmani
tərəftarları olanlar qətlə yetirmişlər. Sadəcə
öz cinayətlərini ört-basdır etməkdən ötrü bu
uydurmaya əl atmışlar.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев