baş dəmiryolçu bütün günahların Rahib Hüseynovla iş görən sahibkarlarda olduğu haqda rəy formalaşdırır
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov redaksiyamıza təkzib məktubu göndərib. Məktubu olduğu kimi dərc edirik: “Yeni Müsavat” qəzetinin 24 sentyabr 2013-cü il tarixli sayında dərc olunan “Ziya Məmmədovun adı 48 milyonluq yeyinti qalmaqalında” sərlövhəli yazıda Nəqliyyat Nazirliyinin və onun struktur bölməsi olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin və ailə üzvlərinin adları hallandırılmışdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Marketinq və Tarif” şöbəsinin keçmiş bölmə rəisi Rahib Hüseynovun dələduzluq əməllərindən bəhs edən yazıda Nəqliyyat Nazirliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin adının məqsədli hallandırılması heç bir etik normalara sığmır.
Bir daha məlumat üçün bildiririk ki, dərc edilən məlumatlarda adıçəkilən Rahib Hüseynovun maliyyə fırıldaqlarının dəmir yolunda aparılması kimi iddialar tam əsassızdır. Dələduzluqda adı hallandırılan Rahib Hüseynovun qardaşı Emin Hüseynov isə ümumiyyətlə heç vaxt dəmir yolu sistemində işləməyib. Belə olan halda, dəmir yoluna aidiyyəti olmayan bir adamın iştirakı ilə dəmir yolunda hansı əməliyyat aparıla bilər və sahibkarlar bu təşkilatdan necə zərər çəkə bilərlər? Bu, absurddur.
Rahib Hüseynovun maliyyə fırıldağı və dələduzluğu ilə qurduğu piramidanın sirlərini özü və onun şirin vədlərinə aldanıb milyon manatlarla pulu, hər ay əlavə faiz götürərək tez varlanmaq üçün, dövriyyəyə verən “sahibkarların” əməllərində axtarmaq lazımdır.
Bir daha bildiririk ki, Rahib Hüseynovun həbsinin Azərbaycan Respublikasının nəqliyyat naziri, “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti, cəmiyyətin sədri Arif Əsgərov və oğlu Elnar Əsgərovla heç bir əlaqəsi yoxdur".
Təbii ki, “Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibinin cavabı bizi qane etmir. Əslində bu, təbiidir. Çünki məlum qalmaqalla bağlı məlumatlarda söhbət təkcə “Azərbaycan Dəmir Yolları” QSC-nin funksional fəaliyyətindən yox, həm də müəssisə rəhbərliyinin və onların yaxınlarının kriminal əməllərindən gedir. Ona görə də qalmaqalda bir çox məqamlar var ki, ona yalnız QSC-nin rəhbəri A.Əsgərov özü və yaxınları aydınlıq gətirə bilər.
“Yeni Müsavat” olaraq məsələlərə aydınlıq gətirmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Arif Əsgərova bir neçə sual ünvanlayırıq. Azərbaycan qanunvericiliyinə görə, vəzifəli şəxslər bu sorğulara cavab verməyə borcludurlar.
1. Mülki Məcəlləyə görə, rəhbər şəxslərin yaxın qohumları onun tabeçiliyində işləyə bilməz. Bu baxımdan yaxın qohumlarınızın övladlarının sizin tabeçiliyinizdə işləməsi nə dərəcədə qanuna uyğundur?
2. 48 milyon manat vəsaitin mənimsənilməsi ağır dövləti cinayət sayılır. Söhbət dəmir yolu sisteminin təchizatından gedirsə, təchizatla sizin tenderlərinizi udan şirkətlər məşğul olmalıdır. Tender qanunvericiliyinə görə, 50 min manatdan yuxarı dövlət sifarişləri tenderlər vasitəsilə həyata keçirilməlidir. Burada söhbət minimal həddən düz 960 dəfə böyük məbləğdən - 48 milyon manatdan gedir. Həmin tenderləri udan şirkətin adları niyə qapalı saxlanılır?
3. Ümumiyyətlə, tenderlər keçirilibmi? Keçirilibsə, tenderlərdə hansı şirkətlər iştirak edib?
4. Mediada gedən məlumatlara görə, şübhəli maliyyə əməliyyatlarında 50-yə yaxın sahibkar zərər çəkib. Bu şirkətlərin adı niyə açıqlanmır? Belə çıxmır ki, bu şirkətlər tendersiz fəaliyyət göstərən şirkətlərdir?
5. Təkzib edilməyən məlumatlara görə, şübhəli maliyyə əməliyyatlarında oğlunuz Elnar Əsgərov da iştirak edib. Məlumatlara görə, E.Əsgərov sizin rəhbərlik etdiyiniz QSC-nin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. Bu nə dərəcə qanuni və düzgün məlumatdır? Sizin elan etdiyiniz tenderlərdə oğlunuzun rəhbərlik etdiyi “Liman Group” şirkəti də iştirak edibmi?
6. Qohumlarınızla bağlı cinayət işi qaldırıldığı və QSC-də araşdırma getdiyi bir vaxtda sizin QSC-yə rəhbərlik etməyiniz işin obyektiv araşdırılmasına mane olmur? Yaxşı olmazdı ki, obyektivliyi təmin etmək üçün araşdırma başa çatana qədər vəzifənizdən istefa verəydiniz?
Təbii ki, bu suallara mətbuat katibi cavab verə bilməz. Bu suallara cənab Əsgərovun özü cavab verməlidir. Başqa tərəfdən, mətbuat katibinin təkzibinin özündə də mübahisəli məqamlar var. Məsələn, mətbuat katibi yazır ki, “Rahib Hüseynovun maliyyə fırıldaqlarının dəmir yolunda aparılması kimi iddialar tam əsassızdır”. Ancaq məlumatlarda bildirilirdi ki, R.Hüseynov sahibkarlara dəmir yolunun təchizatı ilə bağlı sifarişlər verib. Eyni zamanda dəmir yolundan kənar maliyyə əməliyyatlarında o, fiziki şəxs kimi yox, QSC-nin bölmə müdiri kimi iştirak edib. Ən başlıcası isə qaranlıq maliyyə əməliyyatlarında iştirak edəndə QSC-nin səlahiyyətli şəxsi olub. O, həbsindən cəmi 1 neçə gün öncə işdən çıxarılıb. Bu halda QSC rəhbərliyi niyə məsuliyyətdən yayınır? Və yaxud da mətbuat katibi günahı zərərçəkən sahibkarların üzərinə atır: “Rahib Hüseynovun maliyyə fırıldağı və dələduzluğu ilə qurduğu piramidanın sirlərini özü və onun şirin vədlərinə aldanıb milyon manatlarla pulu, hər ay əlavə faiz götürərək tez varlanmaq üçün, dövriyyəyə verən ”sahibkarların" əməllərində axtarmaq lazımdır". Deyəsən, QSC rəhbərliyi “günah öləndədir” prinsipinə üstünlük verir və dolayısı ilə R.Hüseynovu təmizə çıxarmaq istəyir. Ona görə də bu cavablar bizi qane etmir. Və əsaslandırılmış cavabları QSC sədrinin yalnız özü verə bilər.
Heç şübhəsiz ki, bu təkzib daha çox nazir Ziya Məmmədovun adını bu oğurluq əməliyyatdan təmizləmək üçün təşkil olunub. Görünür, nəqliyyat naziri adının bu işdə hallandırılmasına görə Arif Əsgərovu möhkəm danlayıb. O da özünü təmizə çıxarmaq üçün “əlindən gələni” etməyə çalışıb. Bəlkə də Ziya Məmmədov onun adının mətbuatda 48 milyonluq yeyinti qalmaqalında hallandırılmasında elə Arif Əsgərovun özündən şübhələnir...
Hər şey mümkündür. Su xirtdəyə çıxanda məsəli...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 6