Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var.
İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim
Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV
minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ
də bizi heyrətləndirən mədəniyyət mərkəzləri
burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə,
məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə
bayram edilib. Martın axırında Dəclə və Fərat
çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli
mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün
şər qüvvələr və ölüm üzərində hakimiyyəti
başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə
salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri
üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü
babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir.
Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən
gələn ifadədir. Bayram günlərindən birində
Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü
səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər.
Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb. Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə
iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər
ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən
uzun gecəylə növbələşir. Və bu gündən sonra
həyatverici Günəş səmada get-gedə daha çox bərq
vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim
hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə
təsadüf edən həmin günü "Günəş qapısı"
adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır.
Möhtəşəm İran dövlətini diz çökdürən romalılar
Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta
rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir
gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi
və Mitranın doğum günü – İşığın Qaranlıq üzərində
qələbəsi günü də bununla üst-üstə düşürdü. Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian
dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni
ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев