"Ramazan” - ərəb sözüdür və mənası yandırmaq deməkdir. "Ramazan” - günəşin qumların üzərinə nur saçması kimi mənalandırılır. Müsəlman ayları içərisində isə Ramazan ayı hicri ayının doqquzuncu ayının adıdır. Bu ayda müsəlmanlar Allahın əmri ilə oruc tutarlar.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayını ona görə ramazan adlandırırlar ki, bu ayda insanların günahları yandırılar”.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Ramazan, Allahın adlarındandır”.
İmam Sadiq (ə) buyurur: "Ramazan ayı yaxşı aydır və bu ay Peyğəmbərin (s) zamanında bərəkətli ay adlandırıldı”.
İslam dinində bu ayın xüsusi əhəmiyyəti vardır. Din alimləri, Məsumlarımız (ə) bu aya xüsusi diqqət göstəriblər. Bu ay rəhmət, bağışlanma, bərəkət və İlahi qonaqlıq ayıdır.
Mübarək Ramazan ayı Qurani-Kərimin Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olduğu aydır. Ramazan ayı - Quranın baharıdır. İmam Baqir (ə) buyurur: "Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır”.
Ramazan ayı tövbələrin qəbul olunduğu, günahların bağışlandığı aydır. Hər il bu ay gəlib çatan zaman günahkarların qəlbində ümid günəşi yanmağa başlayar və onlar əfv olmağa ümid edərlər. Allahla görüşər və barışarlar. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı başqa aylar kimi deyildir. Bu, elə aydır ki, gələn zaman bərəkət və rəhməti də onunla olar. O zaman ki, gedər, günahların bağışlanması ardınca olar”.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı Allahın ayıdır və o elə bir aydır ki, Allah onda həsənələri artırar, günahları pak edər və o bərəkət ayıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı o aydır ki, əvvəl rəhmət, ortası bağışlanma və axırı cəhənnəm atəşindən azadlıqdır”.
Həzrət Peyğəmbər (s) buyurur: "Səmanın qapıları Ramazan ayının ilk gecəsində açılar və son gününə qədər bağlanmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər Allah bəndəsi bilsəydi ki, Ramazan ayında nə vardır, istəyərdi ki, bütün ili Ramazan ayı olsun”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев