Предыдущая публикация
İlaxır çərşənbə günündə hamı,
Bəzəyir süfrəni, yandırır şamı.
Bahar qonaq gəlir bayram axşamı,
Xoş gəldin elimə yenə çərşənbə.
Qızlar qapı busur bu gözəl gündə,
Gül-çiçək ətrini yayırlar kəndə.
Bənövşə dərdindən boyun bükəndə,
Mən mahnı qoşuram sənə çərşənbə.
Bayram xonçaları düzülür bir-bir,
Paxlava, qoz, fındıq süfrəyə gəlir,
Şəkərbura, səməni üzünə gülür
Gəlirəm imana-dinə çərşənbə.
Müəllifi:Nəfisət Vahid
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев