Предыдущая публикация
Harada dincəldi, yatdı bu bahar,
Gecəni gündüzə qatdı bu bahar.
Onun gəlişinə sevindi quşlar,
Axır ki, bizə də çatdı bu bahar.
Bahar gəldi,günəş doğdu cahana,
Qaranquşlar səpələndi hər yana.
Bül-bül cəh-cəh vurdu hey yana-yana
Sevinclərə-sevinc qatdı bu bahar.
Ağacların yarpaqları göyərdi,
Görən "bir də, yenə baxım"-deyərdi.
Nənələr də nəvəsini öyərdi.
Dərdi ürəklərdən atdı bu bahar.
Təbiət donunu dəyişdi yenə.
Lalələr özünü vermişdi günə.
Qarışıb ellər də toya, düyünə
Nazını bizlərə satdı bu bahar.
Müəllifi:Nəfisət Vahid
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев