Məni qoyub hara getdiz ay elim.
Siz gedəli çox qırılıb bu belim.
Gör neçə il oldu əsməyir yelim,
Qayıdın torpağa,qayıdın elə,
Göz yaşım axaraq dönübdür selə.
Uca dağlarımız əriyib gedir,
Büllur bulaqlarım quruyub gedir.
Məktəblər,baxçalar dağılıb gedir,
Mən sizsiz baxıram kimsəsiz elə,
Göz yaşım axaraq dönübdür selə.
Nə qədər töküldü şəhidlər qanı,
Elinə göz dikən düşməni tanı,
Gör neçə il oldu düşmən torpağı,
Kəsilmir ayağı,gəlirlər elə,
Göz yaşım axaraq dönübdür selə.
Dağların başına qar yağıbdı qar,
Yalçın qayalarım ağlayır zar-zar.
Yurdum dağılaraq olub tari-mar,
Düşmənlər yeriyir belədən-belə,
Göz yaşım axaraq dönübdür selə.
Mən sizə səsləndim, ay ellilərim,
Məndən küsüb gedən igid ərlərim,
Sayı da bilinməyən var əlillərim,
Qayıdın geriyə,qayıdın elə,
Göz yaşım axaraq dönübdür selə.
Baxmayın düşmənin zay hədəsinə,
Qalxın ana yurdun dağ zirvəsinə,
Yaşıl çəmənlərin,yaylaq düzünə,
Çiçəkli bağların gəlin seyrinə,
Göz yaşım axaraq dönübdür selə.
Müəllifi: Nəfisət Vahid
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев