Sevgilim, səni gördüyüm andan yox, səni sevdiyim andan sevmişdim.O,andan da xəyallarımla yaşadım.Elə xəyallar qurdum ki,öz-özlüyümdə.Xəyallarım məni əlçatmaz,ünyetməz bir aləmə apardı. Gördüm ki, aylı gecədə,bir yay axşamında, hamıdan uzaqda,təbiətin qoynunda kimsədən çəkinmədən,qorxmadan əl-ələ tutuşmuşuq. Gözlərimiz bir-birini izləyir, baxışlarımız bir-birimizin canını yaxır. Sevgidən ürəyimiz alışı r.Ay da öz nurunu bizdən əsirgəmir. Üzərimizə nurunu verir ki, bir-birimizdən ayrılmayaq,bir-birimizdən sevgi gücünü alaq.Bu güc bizi bir-birimizdən ayırmasın. Sonra bir-birimizə qısılıb ayın həyata nur verdiyinə, yarpaqların pıçıldamasına,xəzri küləyinin üzümüzə səpdiyi sərinlikdən xüsusi bir zövq alırdıq.
Dinib danışmırdıq,səssizlik hökm sürürdü.Elə bilirdik ki, tərpənsək,dinib-danışsaq bu füsunkar gözəllikləri əks etdirən həyatdan və bir-birimizdən ayrılarıq.Qorxurduq ki, ayrılsaq,ay da bizdən küsər,qaranlıq gecələr də, pıçıldaşan yarpaqlar da bizdən küsər,hətta bir-birimizdən alıb verdiyimiz gücümüz də zəifləyər.
Ey bizi bir-birimiz üçün yaratmış tanrı, bizi qoru. Sonsuza qədər bu nemətdən, həyatdakı sevgi payından,sevgi gücündən və sevgi həyatından kənarda qalmayaq.
Müəllifi: Nəfisət Vahid
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев