Предыдущая публикация
Ey fələk boynuma yaz, yazma günah sevgilimə.
Gülüş et hər dəmini, çəkdirmə ah sevgilimə.
Salmaram bir sözünü, hər an müntəzir duraram,
Razıyam qul olmağa, ölüncə şah sevgilimə.
Qırpmayıb heç gözümü, qarşısına mən çıxaram,
Əgər düşmən olanı çəksə silah sevgilimə.
Bütün qaranlığını ömrümə yaz, ey Yaradan,
Qismət et günəşli gün, nurlu sabah sevgilimə.
Onun uğrunda mənə yaşam da bir, ölüm də bir,
Canım fədadır ona, olsun agah sevgilimə.
Tay deyil gözəllikdə, çata bilməz mələk də heç,
Ağbəniz, qəhvəyi göz, zülfi siyah sevgilimə.
Atbaz Əfqan bu ara ölsə əgər el bilsin,
Can qaldı, ruhum isə getdi pənah sevgilimə.
Müəllif: Atbaz Əfqan
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев